Folklorşünas-ədəbiyyatşünas,
Filologiya elmləri doktoru, professor
e-mail: yusifseferov@mail.com
01 yanvar 1951-ci ildə Culfa rayonunun Bəyəhməd kəndində anadan olub. 1966-cı ildə Əbrəqunus internat məktəbini, 1976-cı ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunu əla qiymətlərlə bitirib. 1976-1982-ci illərdə orta məktəbdə müəllim və direktor, 1983-1994-cü illərdə Azərb. EA Naxçıvan Elm Mərkəzində kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi, şöbə müdiri işləyib. 1987-ci ildə namizədlik dissertasiyası, 2006-cı ildə doktorluq dissertasiyası müdafiə edib. 1994-2002-ci illərdə Naxçıvan şəhər İcra Hakimiyyətində şöbə müdiri və ali məktəb müəllimi işləyib. 2002-2009-cu illərdə Naxçıvan MR Kitabxanasının direktoru, eyni vaxtda ali məktəbdə dosent vəzifəsində çalışıb. 2009-2011-ci illərdə AMEA Naxçıvan bölməsində baş elmi işçi olub. 2012-ci ildə Türkiyə Respublikasının İqdir Universitetində professor vəzifəsin tutmaqla “Türk xalq ədəbiyyatı”ndan mühazirələr oxuyub. 2013-cü ildən Naxçıvan Müəllimlər İnstitutunda çalışır, professordur.
Ailəlidir, 2 övladı, 5 nəvəsi var.
Tədqiqat sahələri
Azərbaycan folklorşünaslığı, etnik mənəvi, regional proseslər, Azərbaycan ədəbiyyatı və folklorunun tədrisi məsələləri
Elmi nailiyyətləri
Azərbaycan folklorunun milli özünəməxsusluğu, mənşəyi, tarixiliyi, etnik, poetik xüsusiyyətlərilə bağlı bir çox nəzəri məsələlər əsaslı surətdə izah olunub. Çoxsaylı qədim folklor örnəklərinin ilkinliyi, variantlığı, etnik mənəvi mədəniyyət və etnoqrafiya ilə bağlılığı əsaslandırılıb. Folklorda tarixilik, tarixdə folklor problemi araşdırılıb. Gəmiqayadakı bir çox damğaların türk soylarına məxsusluğu, bəzi təsvirlərin də türk mifoloji motivləri və görüşlərilə bağlı yarandığı müəyyən olunub. İlk dəfə Naxçıvan aşıq mühitinin dövrləri, dastan yaradıcılığı, qonşu regional mühitlərlə sənət əlaqələri, oxşar ənənələr, saz havaları öyrənilib. Naxçıvan folkloru, o sıradan əfsanə və rəvayətləri sistemli şəkildə tədqiqata cəlb edilərək dərindən öyrənilib və yeni dövr Azərbaycan folklorşünaslığına dəyərli elmi töhfələr verilib.
Kitab və monoqrafiyaları
- Azərbaycan folklorunda tarixilik. Bakı, Elm, 2005, 240 s.
- Azərbaycan folklorunun etnik, poetik xüsusiyyətləri. Bakı, Sabah, 2006, 86 s.
- Folklor örnəkləri. Naxçıvan, Əcəmi, 2008, 114 s.
- Naxçıvan aşıq ədəbi mühiti. Bakı, Elm, 2009, 136 s.
- Əsərləri, 5 cilddə, I c., ( məqalələr). Naxçıvan, Əcəmi, 2010, 232 s.
- Naxçıvan folkloru antologiyası, II c., Naxçıvan, Əcəmi, 2010, 496 s.(şərikli)
- Naxçıvan aşıqları və el şairləri, Naxçıvan, Əcəmi, 2011, 152 s.
- Azərbaycan uşaq folkloru (ali məktəb dərsliyi). Naxçıvan, Əcəmi, 2014, 120 s.
- Əsərləri, 5 cilddə, II c., Naxçıvan aşıq mühiti. Naxçıvan, Əcəmi, 2017, 224 s.
- Qədim türk-oğuz yurdu Naxçıvan. Naxçıvan, Əcəmi, 2018, 190 s.
Elmi və elmi-metodik məqalələrdən seçmələr
- Bir əfsanənin mənşəyi, “Elm və həyat” jurn., Bakı, 1981, № 10 s. 33-35
- 12. Bir əfsanə haqqında, “Elm və həyat” jurn., Bakı,1982, № 10, s. 23-25
- Maraqlı elmi-tədqiqat məcmuəsi, Azərb. SSR EA xəbərləri(ədəbiyyat, dil və incəsənət seriyası), 1983, № 2, s. 121-122
- Əlincəçay və Gilançay folklorunun qədim nümunələrinə dair, Azərb. SSR EA xəbərləri (ədəbiyyat, dil və incəsənət bölümü). 1984, № 1, s. 21-25
- Naxçıvan regionundan toplanmış rəvayətlərin tarixi kökləri. Respublika elmi konfransının mat., Naxçıvan, 1986, aprel, s. 76-78(rus dilində)
- Azərbaycan əfsanə və rəvayətlərinin təsnifi. Gənc ədəbiyyatşünasların V Respublika konfransının mat., Bakı, iyun, 1987, s.105-107
- “Hüseyn-Reyhan” dastanında bədii təsvir və ifadə vasitələri, Respublika konfransının mat., Naxçıvan, 1988, s. 94-96
- Bəzi əfsanə və rəvayətlərdə “Kitabi-Dədə Qorqud” motivləri, bunlarla səsləşən yer-yurd adları.Respublika konfransının mat., Naxçıvan, 1989, aprel, s. 202-206
- “Sara” əfsanəsində tarixilik, “Mədəni-maarif” jurnalı., 2005, № 2, s. 36-38
- Etnik gerçəkliyin rəvayətlərdə yozumu, “Mədəni-maarif” jurn., 2006, № 4, s. 46-48
- Məhəlli lətifələrdə tarixiliyin izləri. “Mədəni-maarif” jurn., 2006, № 3, s.21-24
- Azərbaycan folklorunda “Nuh tufanı” və Ağrıdağ əfsanələri. 24-26 iyunda “Türk mədəniyyətində Ağrı dağı” mövzusunda keçirilmiş Beynəlxalq simpoziumun mat., Ankara, 2009, s. 87-96
- Yunis Əmrənin xələfi Ululu Kərim. Nizamidən Yunis Əmrəyə, Atatürkdən Heydər Əliyevə uzanan sevgi və barış yolu Beynəlxalq simpoziumunun bilgiləri. Ankara, 2010, s. 96-102
- Universitet və yüksək okullarda xalq ədəbiyyatının tədrisi məsələləri. Beynəlxalq elmi- metodik konfransın bilgiləri. Ankara, 2010, 9 s.(türk dilində)
- Naxçıvanda “Nuh tufanı” əfsanələri. 24-25 aprel 2009-cu il tarixli Beynəlxalq simpoziumun mat., Naxçıvan, Əcəmi, 2010, s. 78-86
- Naxçıvanda dastan yaradıcılığı, “Mədəni-maarif” jurn., Bakı, 2010, № 11, s. 33-35
- Azərbaycan folklorunun arxaik qaynaqları, Azərbaycan PU-nun xəbərləri, Bakı, 2010, № 2, 49-56
- Nağıllarımızda Şah Abbas surəti, “Mədəni-maarif” jurn., Bakı, 2010, № 4, s.72-74
- Bir rəvayətin izi ilə, “Folklor və etnoqrafiya” Beynəlxalq elmi jurn., Bakı, 2010, № 3, s. 44-50
- “Xançobani” təxəllüsü haqqında, “Mədəni-maarif” jurn., Bakı, 2010, № 3, s. 21-23
- Bayatılarda Naxçıvanın tərənnümü. “Mədəni-maarif” jurn., Bakı, 2010, № 8, s. 34-36
- Naxçıvanda aşıq mühiti, “Naxçıvan” jurn., 2010, № 22, s. 18-37
- Ordubadlı iki sənətkarın izi ilə, “Folklor və etnoqrafiya” Beynəlxalq elmi jurn., Bakı. 2010, № 1, s. 28-34
- Şah İsmayılla bağlı rəvayətlər. “Mədəni-maarif” jurn., 2010, №1-2, s. 38-40
- ”Sara” əfsanəsi, “Folklor və etnoqrafiya” Beynəlxalq elmi jurn., Bakı, 2011, № 1, s. 71-78
- Naxçıvanda etnik-mədəni proseslərin təşəkkülü (e. ə. VI-I minilliklər). “Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi”. Beynəlxalq elmi konfransın mat., Naxçıvan, 2012, s. 308- 317
- Dastanlaşan tariximiz.“Folklor və etnoqrafiya” Beynəlxalq elmi jurn., Bakı, 2012, № 4, s.55-63
- Çobankərəli Aşıq Cəfər. “Folklor və etnoqrafiya” Beynəlxalq elmi jurn., Bakı, 2013, № 4, s. 54-64
- Əfsanə qaynaqları, “Qobustan” jurn., Bakı, 2005, № 3, s. 43-45
- Folklorun kökləri və qaynaqları, Mədəniyyət dünyası (elmi-nəzəri məcmuə), X bur,. Bakı, Azəb. Mədəniyyət və İncəsənət Universiteti, 2005, № 4, s. 371-378
- Əfsanələrdə Dədə Qorqud və Oğuzla bağlı izlər, “Mədəni-maarif” jurn., 2006, № 4, s. 32-33
- “Əshabü-kəhf”lə bağlı izlər. “Qobustan” jurn., 2006, № 1, s. 34-36
- Dastanlarda yaşayan izlər, Elmi araşdırmalar, XXII toplu, AMEA Folklor İnstitutu. Bakı, Səda, 2006, s. 103-107
- Azərbaycan folklorunun Şumer qaynaqları. Azərb., Dövlət Pedaqoji Universitetinin xəbərləri(humanitar elmlər bölümü).Bakı, 2006, № 1, s. 191-196
- Şah Abbasla bağlı nağıllar haqqında, Filologiya məsələləri. AMEA Əlyazmalar İnstitutu. Bakı, 2006, № 1, s. 133-140
- Naxçıvanla bağlı saz havaları. AMEA Naxçıvan bölməsinin xəbərləri (ictimai və humanitar elmlər seriyası). Naxçıvan, Tusi, 2010, № 1, s. 248-253
- “Novruz” mərasimlərinin bəzi qaynaqları və səciyyəsi. Elmi əsərlər (humanitar elmlər seriyası). № 1, NDU, Qeyrət, 2011, s. 83-88
- Bəzi mənbə və tədqiqatlar bir rəvayət haqqında, Axtarışlar(elmi toplu). Naxçıvan, 2011, № 2, s. 29-33
- Naxçıvanla bağlı əmək və mərasim nəğmələri, Axtarışlar(elmi toplu), 2013, № 1, s. 26-29
- “Koroğlu” eposunun tədrisi haqqında. Naxçıvan Müəllimlər İnstitutunun xəbərləri, 2013, cild 8, № 4, s. 58-62
- Rəvayətləşən tariximiz, “Mədəni həyat” jurn., 2014, № 5, s. 77-79
- Uşaq folklorunun tədrisinə dair. “Tədris prosesinin təkmilləşdirilməsi və müasir təhsil konsepsiyaları” mövzusunda Beynəlxalq elmi konfransın materialları. Naxçıvan, 16-17 dekabr 2014-cü il. Bakı, Mütərcim, 2014, s. 75-76
- Mifdən tarixə doğru, “Mədəni həyat” jurn., 2014, № 6, s. 57-61
- Layla və oxşamaların tədrisinə dair. Naxçıvan Müəllimlər İnstitutunun xəbərləri, 2014, c. 10, № 3, s. 51-55
- Uşaq folklorunun toplanması, nəşri və tədqiqi. “Folklor və etnoqrafiya” Beynəlxalq elmi jurn., Bakı, 2015, № 2, s. 19 – 27
- Folklor qaynaqları, “Mədəni həyat” jurn., Bakı, 2016, № 2, 46-48
- Ədəbi-bədii dilimizin möhtəşəm abidəsi, “Naxçıvan” Universitetinin Elmi əsərləri. Naxçıvan, 2016, № 2, s. 133-139
- Naxçıvan əfsanələri, “Folklor və etnoqrafiya” Beynəlxalq elmi jurn., Bakı, 2016, № 1, s.32-42
- Naxçıvan rəvayətləri, “Folklor və etnoqrafiya” Beynəlxalq elmi jurn., Bakı, 2016, № 2, s. 13- 24
- Dastanlarımızın ustad tədqiqatçısı, Məmmədhüseyn Təhmasib: taleyi və sənəti. Naxçıvan, Əcəmi, 2017, s. 36-46 və s.
Ali məktəblər üşün proqramları
- Azərbaycan uşaq folkloru. Ali məktəblərin pedaqoji fakültələri üçün dərslik proqramı. Naxçıvan, Əcəmi, 2014, 12 s.
- Azərbaycan ədəbiyyatının tədrisi metodikası(magistr hazırlığı üçün proqram). Naxçıvan: “Nuh” nəşr., 2016, 10 s.
- Azərbaycan ədəbiyyatı tədrisinin müasir problemləri(magistr hazırlığı üçün proqram). Naxçıvan: “Nuh” nəşr., 2016, 8 s.
- Azərbaycan ədəbiyyatı tarixi( pedaqoji universitet və institutların bakalavr hazırlığı üçün proqram). Naxçıvan, “Məktəb” nəşr., 2018, 27 s.
Folkloru toplama və kitab tərtibi sahəsində xidmətləri
El çələngi, Bakı, Yazıçı, 1983; Azərbaycan folkloru antologiyası, Naxçıvan folkloru. Bakı, Sabah, 1994; Əsatirlər, əfsanə və rəvayətlər. Bakı, Şərq-Qərb, 2005; Azərbaycan folkloru antologiyası, Naxçıvan folkloru, I, II, III c. Naxçıvan, Əcəmi, (2010, 2011, 2012) kitablarının əsas toplayıcılarından və antologiyanın II cildinin 3 tərtibçisindən biri
Çap edilmiş əsərlərin ümumi sayı, beynəlxalq konfranslarda məruzələri
200-dən çox elmi, elmi-metodik, ədəbi-tənqidi, publisistik məqalənin, 12 kitabın, o sıradan 7 monoqrafiya, 1 dərsliyin müəllifidir. Xaricdə 22 elmi məqaləsi çap edilib. Almaniyanın Frankfurt, Leypsik, Dağıstanın Mahacqala, Gürçüstanın Tbilisi, İranın Tehran, Türkiyənin Ankara, Trabzon, Ərzurum, Kars, İqdir şəhərlərində keçirilmiş Beynəlxalq konfrans və simpoziumlarda məruzələr edib.
1994-cü ildən Yeni Azərbaycan Partiyasının üzvü
2011-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü
2016-ci ildən Azərbaycan Aşıqlar Birliyinin üzvü
Mükafatları
1984-cü ildə Naxçıvan MSSR Mədəniyyət Nazirliyinin Fəxri fərmanı ilə təltif edilib.
1987-ci ildə Azərb. SSR EA Naxçıvan Elm Mərkəzinin Fəxri fərmanı ilə təltif edilib.
2015-ci ildə Naxçıvan Müəllimlər İnstitutunun Fəxri fərmanı ilə təltif edilib.