“XƏBƏRLƏR” JURNALI

Naxçıvan Müəllimlər İnstitutunun “Xəbərlər”  jurnalı  21 dekabr  2004-cü il tarixdə Azərbaycan Respublikası  Ədliyyə  Nazirliyinin qeydiyyatından keçmiş (Şəhadətnamə №-1158) və ildə 4 nömrə nəşr olunması nəzərdə tutulmuşdur.

“Xəbərlər”  jurnalı Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının dissertasiyaların əsas elmi nəticələrinin elmi dərc olunması tövsiyə edilən elmi nəşrlərin siyahısının Pedaqogika elmləri bölməsinə salınmışdır.Eyni zamanda, Naxçıvan Müəllimlər İnstitutunun“Xəbərlər”  jurnalı Beynəlxalq ISSN qrifi ilə nəşr olunur ( ISNN 2303-9116).
“Xəbərlər”  jurnalında institutda, muxtar respublikada çalışan alim və gənc tədqiqatçılarla yanaşı, Azərbaycanın müxtəlif elm-təhsil müəssisələrində fəaliyyət göstərən müəlliflərin həmçinin bir sıra xarici ölkələrdən nüfuzlu alimlərin göndərdikləri elmi məqalələr də dərc olunur.

“Xəbərlər”  jurnalının baş redaktoru  Naxçıvan Müəllimlər İnstitutunun rektoru,  tarix üzrə fəlsəfə doktoru, dosent Elbrus İsayevdir