ÜMUMİ MƏLUMAT

          Ümumi fənlər kafedrası İnstitut rektorunun  05 iyun 2002-ci il tarixli  49 №-li əmri ilə “Ümumpeşə hazırlığı fənləri” kafedrası kimi fəaliyyətə başlamışdır. Rektorun 01 oktyabr 2004-cü il tarixli 96№-li əmri ilə “Ümumpeşə hazırlığı fənləri” kafedrası “Ümumi fənlər” və “ Riyaziyyat və informatika” kafedralarına ayrılmışdır.Kafedra bölündükdən sonra “Ümumi fənlər kafedrası” kimi fəaliyyətini davam etdirir.

“Ümumi fənlər” kafedrası ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olub, müvafiq səviyyələr üzrə ali təhsil və əlavə təhsil proqramlarını həyata keçirən, fundamental və tətbiqi (pedaqo­ji-metodiki) tədqiqatlar aparan kafedra kimi fəaliyyət göstərir.

Kafedra öz fəaliyyətində Azərbaycan Respublikasının Kons­ti­tu­si­yasını, Azərbaycan Respublikasının “Təhsil haqqın­da” və “Elm haqqında” qanunlarını, Azərbaycan Respublikası Prezi­dentinin Fərman və Sərəncamlarını, Azər­bay­can Respublikası Nazirlər Kabinetinin və Naxçıvan Mux­tar Respublikasının ali orqanlarının qərar və sərəncam­la­rını, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin normativ sə­nədlərini və Naxçıvan Müəllimlər İnstitutunun Nizam­na­məsini rəhbər tutur.

Ümumi fənlər kafedrası tədris sahəsində bаkаlаvriat səviyyəsi üzrə kadr hazırlığı ilə məşğul olur. Ümumi fənlər kafedrasında  elmi tədqiqat problemi –“Elm və təhsilin tarixi, nəzəriyyəsi və təlim texnologiyaları” kimi müəyyənləşdirilmişdir.

Hazırda kafedranın 10 nəfər əməkdaşı Naxçıvan Müəllimlər İnstitutunun profilinə uyğun elm sahələri və istiqamətləri üzrə, o cümlədən  Naxçıvan regional məsələ­lərinə aid  və digər ümumelmi   mövzu üzrə tədqiqatlar  aparırlar.

.  Hazırda ümumi fənlər  kafedrasının 10 əməkdaşı vardır. Müəllimlərdən 1 nəfəri dosent, 2 nəfər fəlsəfə doktoru, 5 nəfər baş müəllim, 4 nəfəri isə müəllim kimi fəaliyyət göstərir. Kafedrada bir nəfər laborant vəzifəsində çalışır. Kafedraya r.ü.f.d Nizami Quliyev rəhbərlik edir.

Kafedranın tərkib hissəsi:

s/s Soyadı, adı, atasının adı Vəzifəsi
1 Quliyev Nizami Zülfəli oğlu Kafedra müdiri, r.ü.f.d. baş müəllim 0,5
2 Rzayev Oktay Rza oğlu dosent.0,5
3 Novruzi Nurlanə Azad qızı b.ü.f.d. baş müəllim 1,0
4 Vəliyev Səyyad Məmməd oğlu b/müəllim.0,5
5 Bağırov Rövşən Asəf oğlu b/müəllim.0,5
6 Ağayeva Xatın Elşad qızı b/müəllim 1,0
7 Qurbanov Coşqun Elxan oğlu müəllim 1,0
    8 Əliyeva Təranə Sevindik qızı müəllim 0,5
    9 Qurbanova Arzu Köçbəyi qızı müəllim 0,5
10 Səfərova Gülnarə Nurəli qızı müəllim 0,5

 

 

Kafedrada tədris olunan fənlər

Bakalavr pilləsi üzrə                          

  1. Uşaq anatomiyası, fiziologiyası və gigiyenası
    Mülkü müdafiə və ilkin tibbi yardım
    Həyat bilgisi və onun tədrisi metodikası
    Texnologiya və onun tədrisi metodikası
    İbtidai siniflərdə fiziki tərbiyə və onun tədrisi metodikası
    Ətraf aləmlə tanışlığın metodikası
    Məktəbəqədər təhsil müəssisələrində fiziki mədəniyyət
    Məktəbəqədər təhsil müəssisələrində əmək və onun təşkili metodikası
    S/F Azərbaycan coğrafiyası
    Mülkü müdafiə
    S/F Texnologiya təliminin kurikulum hazırlığı
    S/F Ağac məmulatlarının texnologiyası
    S/F STEAM təlim metodunun əsasları və Arduino ilə sənaye robotlarının hazırlanması
    S/F Biologiyanın tədrisində fəal təlim metodlarının tətbiqi
    Bioloji kimya
    S/f Torpaq mikrobiologiyası
    S/F Onurğalı heyvanların ekologiyası
    S\F Təkamül təlimi
    Materialların kəsilməsi dəzgah və alətlər
    Avtomatikanın əsasları
    Texnologiyanın tədrisi metodikası
    S/F Xalçaçılıq və texnologiyası
    S/f Əməyin mühafizəsi və təhlükəsizliyi
    S/F Ümumtəhsil məktəblərində texnologiya fənninin maddi texniki bazasının təşkili
    Konstruksiya materiallarının texnologiyası
    Qrafika
    S/F Metal məmulatlarının texnologiyası
    S/F Texnologiya fənninin əsasları
    Ümumi kimya
    Məişət mədəniyyəti və məişət xidməti
    S/F Materialşünaslıq (çilingərlik, santexnik)
    Maşınşünaslığın əsasları (maşın hissələri)
    Elektrotexnika
    Kulinariya
    S/F Metalların soya emalı və metalkəsmənin tətbiqi
    S/F Təlim sexlərində praktikum
    Tətbiqi mexanika
    Elektron texnologiyalardan istifadə
    Tikiş texnologiyası
    S/F Peşə təliminin müasir problemləri və texnologiyası
    S/F Texniki və bədii konstruksiyaetmə
    İstehsalatın əsasları