Əsədova (Rzayeva) Gülər Məmmədhüseyn qızı – Tələbələrlə tərbiyəvi işlər üzrə metodist
Əsədova (Rzayeva) Gülər Məmmədhüseyn qızı 28 iyun 1992-ci ildə Ordubad rayon Tivi kəndində anadan olmuşdur. 1998-ci ildə Canpolad Əsgərov adına tam orta məktəbin 1-ci sinfinə daxil olmuşdur. 2004-cü ildə təhsilini Heydər Əliyev adına məktəbdə davam etdirmiş və 2009-cu ildə oranı bitirmişdir. Həmin ildə Naxçıvan Dövlət Universitetinin Fizika Riyaziyyat fakültəsinin Riyaziyyat və İnformatika ixtisasına qəbul olunmuşdur. 2013-cü ildə oranı fərqlənmə ilə bitirmişdir. Həmin ildə Naxçıvan Dövlət Universitetinin Magistratura fakültəsinin İnformatika müəllimliyi ixtisasına qəbul olunmuş və 2015-ci ildə fərqlənmə ilə bitirmişdir. Həmin ildən 2020-ci ilə qədər İnternet və Yeni texnologiyaların tədrisi mərkəzində saat hesabı müəllim kimi işləmişdir. 2017-ci ildən Naxçıvan Müəllimlər İnsitututunda Tədris Şöbəsinin metodisti vəzifəsində çalışır. Naxçıvan Müəllimlər İnsitututun doktorantıdır. 8 elmi məqalə və 3 tezis müəllifidir.