Məmmədov Elşən Neymət oğlu
Naxçıvan Müəllimlər İnstitutunun Tədris işləri üzrə prorektoru
Riyaziyyat üzrə fəlsəfə doktoru, dosent
E-mail adresi: elsheninfo@mail.ru
1967-ci il avqustun 07-də Şərur rayonunun Tumaslı kəndində anadan olub.1974-1984-cü illərdə Şərur rayonunun Tumaslı kənd orta məktəbində təhsil alıb. 1984-1991-ci illərdə Naxçıvan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsində təhsil alıb və fərqlənmə diplomu ilə təhsilini bitirmişdir. 1991-ci ildən Naxçıvan Dövlət Universitetinin İnformatika kafedrasının əməkdaşıdır. 2008-2013-cü illərdə Naxçıvan Dövlət Üniversitetinin informatika kafedrasının müdiri, 2013-2022-ci illərdə üniversitet Həmkarlar İttifaqı Komitəsinin sədri, 2022-2024-cü illərdə Kadr və ümumi işlər şöbəsinin müdiri vəzifələrində işləmişdir.
2008-ci il AMEA-nın Mexanika-riyaziyyat İnstitutunda “Çəkili fəzalarda operator diferensial tənliklərin həlli və bəzi spektral məsələlər” mövzusunda dissertasiya işi müdafiə etmişdir. Fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almış, dosentdir.
1991-ci ildən NDU-nun İnformatika kafedrasında laborant, baş laborant, müəllim, baş müəllim, dosent işləyib. Naxçıvan Dövlət Üniversitetinin Həmkarlar İttifaqı Komitəsinin sədri, Fizika-riyaziyyat fakültəsinin dekanı, Kadr və Ümumi işlər şöbəsinin müdiri vəzifələrində işləmişdir. 5 kitabın, 3 metodik vəsaitin, 3 fənn proqramının, 35 elmi-məqalənin müəllifidir.
Tədqiqat sahəsi
Diferensial tənliklər
Dərc olunmuş elmi və tədris-metodiki işləri:
- 2007, İran İslam Respublikası, Urmiya şəhəri
- 2011, Türkiyə Respublikası, Qars şəhəri
- 2012, Türkiyə Respublikası, Elazığ şəhəri
- 2012, Almaniya Respublikası Berlin, Drezden, Leypsiq
- 2015, Cənubi Koreya Respublikası Seul şəhəri
- 2015, Çin Xalq Respublikası Pekin şəhəri
- 2018, Türkiyə Respublikası Qars, Van, Ərzurum şəhərləri
- 2001, Windows mühit örtüyünə dair çalışmalar
- 2005, QBasic dilində proqramlaşdırma
- 2006, On a fourth order operator-differetial equation in Hilbert space
- 2006, On the regular solvabitily of one Boundary-Value problem in weight spaces
- 2006, On completeness of a part of eigen and adjoined elements of second order operator bundles
- 2009, О полноте части корневых векторов для одного класса полиноминальных операторных пучков второго порядка
- Metodik vəsait “Adi diferensial tənliklərin təqribi hesablanması”
- Dərslik “Proqram paketlərindən istifadə etməklə riyazi məsələlərin həlli”
- Proqram “Əməliyyat sistemləri”
- .İkitərtibli operator diferensial tənliyin azalan elementar həllərinin çəkili fəzalarda tamılığı haqqında .Naxçıvan Müəllimlər İnstitutu, H.Əliyev- 85 elmi-praktik konfransın materialları, Naxçıvan-2008. s.88-90
- .Kompüter riyaziyyatı sistemlərinin müqayisəli təhlili və tətbiqi. Naxçıvan Müəllimlər İnstitutu, “Xəbərlər”, Naxçıvan 2009. S,66-68
- .İnformasiya sıxma alqoritmi Naxçıvan Müəllimlər İnstitutu, H.Əliyev- 85 elmi-praktik konfransın materialları, Naxçıvan-2009. s.40-46
- Kompüterdən istifadə etməklə riyaziyyatın bəzi mövzularının tədrisi. Naxçıvan Dövlət Universiteti, “ Elmi əsərlər”, fizika-riyaziyyat və texnika elmlər seriyası N 1, (35), Naxçıvan NDU, “Qeyrət”-2011. S 90-93
- MathCad proqram paketində xətti tənliklər sisteminin həlli. Naxçıvan Dövlət Universiteti, “ Elmi əsərlər”, fizika-riyaziyyat və texnika elmlər seriyası: Naxçıvan-2012. s 5
- Ekonometrik proqnozlaşdırma proqnoz keyfiyyətinin qiymətləndirilməsi. Naxçıvan Dövlət Universiteti, “ Elmi əsərlər”, İctimai elmlər seriyası. Naxçıvan-2018. N=2(91) s.50-56.
- Sabit intensivlikli təzyiqə məruz qalan boş kürədə dağılma zonasının yaranması və inkişafı prosesi. Naxçıvan Dövlət Universiteti, “ Elmi əsərlər”, fizika-riyaziyyat və texnika elmlər seriyası. Naxçıvan-2019, N=4(101). S 3-9