Sahil Asif oğlu Əliyev

 e-mail: sahil.liyev.83@mail.ru

1983-cü ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Kükü kəndində anadan olmuşdur. 2005-ci ildə Naxçıvan Dövlət Universitetinin fizika-riyaziyyat fakultəsininin riyaziyyat və informatika ixtisasını, 2007-ci ildə NDU-nin magistraturasını bitirmişdir.

2008-ci ildən Naxçıvan Müəllimlər İnstitutunda baş labarant, 2010-cu ildən müəllim işləyir. 2012-ci ildən NDU-nin “Riyazi analiz” kafedrasının doktorantıdır.

Dərc olunan elmi əsərləri:

  1. Magistraturaya və Dövlət qulluğuna hazırlaşanlar üçün məntiqdən test tapşırıqları.   Naxçıvan , “Əcəmi”,  2009.
  2. Magistraturaya  və Dövlət qulluğuna hazırlaşanlar üçün məntiqdən test tapşırıqları.   II nəşr, Naxçıvan , “Əcəmi”,  2010.
  3. Üçbucağın bucaq tənböləninin uzunluğunun hesablanmasın-da yeni yanaşma. Naxçıvan Müəllimlər İnstitutu, № 3(23), 2010.
  4. Magistraturaya və Dövlət qulluğuna hazırlaşanlar üçün məntiqdən test tapşırıqları, III nəşr. Naxçıvan , “Əcəmi”, 2011.
  5. Magistraturaya və Dövlət qulluğuna hazırlaşanlar üçün məntiqdən test tapşırıqları. Naxçıvan , “Əcəmi”,  2012.
  6. Düzbucaqlı üçbucaqda bəzi metrik münasibətlər. Naxçıvan Müəllimlər İnstitutu, 8 cild, № 4,  2012.
  7. Üçbucağın tərəflərinə xaricdən toxunan cevrənin radiusu üçün düstur. Naxçıvan Müəllimlər İnstitutu, 8-cild № 4, 2015.