Respublika elmi konfransı:  “Muxtariyyətin bəhrələri: Naxçıvanda elm və təhsil”

 

Naxçıvan Müəllimlər İnstitutunda 11 iyun 2019-cu il tarixdə “Muxtariyyətin bəhrələri: Naxçıvanda elm və təhsil” mövzusunda respublika elmi konfransı keçiriləcəkdir

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 21 yanvar 2019-cu il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı”nın aidiyyəti bəndlərinin icrasını təmin etmək məqsədilə Naxçıvan Müəllimlər İnstitutunda muxtar respublikada fəaliyyət göstərən digər təhsil müəssisələri və elmi təşkilatların iştirakı ilə 11 iyun 2019-cu il tarixdə Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş “Muxtariyyətin bəhrələri: Naxçıvanda elm və təhsil” mövzusunda respublika elmi konfransının keçirilməsi planlaşdırılır. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan qədim Naxçıvan diyarında son 95 ildə, o cümlədən müstəqillik illərində elm və təhsil quruculuğu sahələrində dövlət siyasətinin əsas istiqamətləri və reallaşdırılmasının nəticələri, habelə ayrı-ayrı elmi istiqamətlərdə və təhsilin bütün pillə və səviyyələrində görülmüş mühüm işlərin elmi təhlili, ümumiləşdirilməsi, təsviri və təqdimini özündə əks etdirən, nəticə və tövsiyələri ilə seçilən orijinal məruzə və materialların konfransın plenar və bölmə iclaslarında peşəkar müzakirəsi təşkil ediləcəkdir. Konfransda iştirak etmək istəyən alimlər, mütəxəssislər, elm və təhsil təşkilatçıları, habelə gənc tədqiqatçılar əməkdaşlığa dəvət olunur. Konfrans materiallarının toplu şəklində nəşr edilməsi planlaşdırılır.

Mövzu üzrə aktual problemlərin tədqiqinə həsr olunmuş məruzə ilə konfransda iştirak etmək istəyənlər 01 may 2019-cu il tarixədək materialın tam mətnini nmi.elmihisse@gmail.com elektron ünvanına göndərə və ya elektron daşıyıcılarda Naxçıvan Müəllimlər İnstitutunun Elmi hissəsinə (otaq № 209) təqdim edə bilərlər.

Materialların tərtibinə dair tələblər:

– kağızın formatı – A4, Word redaktorunda;

– materialın başlığı Times New Roman, 12 Pt, tünd, böyük hərflərlə ortada;

– müəllifin adı, soyadı, işlədiyi və ya oxuduğu müəssisənin adı, elmi titulu, elmi dərəcəsi və elmi adı, elektron ünvanı Times New Roman, 12 Pt, normal, sol tərəfdən yazılmalıdır;

– sətirlərarası interval – 1,5;

– istinadlar mətnin içində [5, 124] şəklində;

– ədəbiyyat siyahısı materialın sonunda;

– xülasə ingilis dilində materialın sonunda (2-4 cümlə) verilməli;

– həcm – 5-8 səhifə ola bilər.

Naxçıvan Müəllimlər İnstitutu,
Təşkilat komitəsi
Naxçıvan şəhəri, Heydər Əliyev pr.2.