Qasımova Səriyyə Kamal qızı

Müəllim

tetbiqkepr94@gmail.com

1994-cü ildə Naxçıvan şəhərində doğulmuşdur. 2011-ci ildə Ordubad Qız Liseyini qızıl medal ilə bitirmişdir. Həmin il Bakı Dövlət Universitetinin “Tətbiqi Riyaziyyat və Kibernetika” fakültəsinin “Komputer elmləri” ixtisasına qəbul olmuş və 2015-ci ildə həmin universiteti bitirmişdir. 2015-2017-ci ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Komputer elmləri” ixtisasının “İqtisadi fəaliyyətin riyazi və informasiya təminatı” ixtisaslaşması üzrə magistr təhsili alaraq, bu təhsil pilləsini fərqlənmə diplomu ilə bitirmişdir.

2017-ci ildə Bakı Ali Neft Məktəbinin Tədris metodiki şöbəsində Dispetçer vəzifəsində, 2018-2019-cu illərdə Naxtel MMC-nin İT və Billing şöbəsində Billinq üzrə mütəxəssis vəzifəsində çalışmış, 2018-ci ildən Naxçıvan Müəllimlər İnstitutunun Ali Riyaziyyat və İnformatika kafedrasında müəllim vəzifəsində işləyir.

Elmi əsərləri

  1. İnvestisiya portfeli layihələrinin effektiv qiymətləndirilməsi, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət İdarəçiliyi” jurnalı, 2017, İSSN 2309-1347
  2. İnvestisiya portfeli layihələri-tədqiqat obyekti kimi. Azərbaycan Texniki Universiteti 18-20 dekabr, “Azərbaycan və Türkiyə Universitetləri: təhsil, elm, texnologiya” I Beynəlxalq elmi-praktiki konfransın materialları 2019
  3. Riyaziyyatın tədrisində yeni təlim texnologiyaları. Naxçıvan Müəllimlər İnstitutu, “Ümumi təhsildə kurikulum islahatları: nəticələr, reallıqlar və perspektivlər”, Respublika elmi-praktiki konfransın materialları, 05-06 aprel 2019