Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 aprel tarixdə imzaladığı Sərəncamla təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”ının icrası ilə bağlı və Naxçıvan Müəllimlər İnstitutunun 2019-cu ilə dair Tədbirlər planına uyğun olaraq 28 yanvar 2019-cu il tarixdə “Naxçıvan xalçaçılığı: keçmişdən günümüzə” mövzusunda Respublika elmi konfransı keçiriləcəkdir. Konfransda Azərbaycan Respublikasında, onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanda xalçaçılığın qorunmasına və inkişafına dövlət qayğısı, Azərbaycan xalçaçılıq tarixində Naxçıvan məktəbinin yeri və rolu, Naxçıvan xalçaçılığının bu günü və gələcəyi, habelə elmi aktuallıq kəsb edən digər məsələlərin peşəkar elmi müzakirəsini keçirmək, ümumiləşdirmələr aparmaq, elmi tövsiyə və təkliflərlə çıxış etmək planlaşdırılır. Konfransın praktik əhəmiyyətini artırmaq məqsədilə onun proqramına bir sıra əməli tədbirlər daxil edilmişdir.
Konfrans iştirakçılarının nəzərinə!
Qeydiyyatdan keçmək üçün yanvarın 28-də saat 10:00-dan 10:30-dək Naxçıvan Müəllimlər İnstitutunun beşinci mərtəbəsindəki foyedə təşkilatçılara yaxınlaşmağınız xahiş olunur.
Təşkilat komitəsi
Naxçıvan Müəllimlər İstitutu
Naxçıvan şəhəri, Heydər Əliyev pr. 1