Nəşriyyat

“Məktəb” nəşriyyatı

Naxçıvan Müəllimlər İnstitutunda “Məktəb” nəşriyyatı 2003-cü ildə rəsmi qeydiyyata alınaraq fəaliyyətə başlamışdır. Nəşriyyatın müasir poliqrafiya avadanlıqları ilə təchiz olunmuş mətbəəsi vardır.

“Məktəb” nəşriyyatı monoqrafiyalar, dərsliklər, dərs vəsaitləri və metodik vəsaitlər nəşr edir. Tədris prosesi ilə əlaqədar bütün materiallar (jurnallar, blanklar, formalar və fənn proqramları) bu nəşriyyatda nəşr edilib struktur bölmələrə çatdırılır. Həmçinin il ərzində  “Elmi əsərlər” jurnalının 4 nömrəsi də “Məktəb” nəşriyyatında çap olunur.


“Məktəb”
 nəşriyyatının direktoru – Zöhrə İlham qızı Sadıqova

Redaktor – Fərqanə Məmmədrza qızı Qənbərova

Korrektor – Tünzalə Qəşəm qızı Abdullayeva

Kompüter operatoru – Nazilə Şahbaz qızı Qasımova

Proqramçı mühəndis – vakant