Məmmədov Elşən Neymət oğlu

NDU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri.

Fizika-riyaziyyat elmləri namizədi, dosent

E-mail: elsheninfo@mail.ru

1967-ci il avqustun 7-də Şərur rayonunun Tumaslı kəndində anadan olub.

1974-1984-cü illərdə Şərur rayonunun Tumaslı kənd orta məktəbində təhsil alıb.

1984-1991-ci illərdə Naxçıvan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsində təhsil alıb və fərqlənmə diplomu ilə təhsilini bitirmişdir.

1991-ci ildən Naxçıvan Dövlət Universitetinin İnformatika kafedrasının əməkdaşıdır.

2008-2013-cü illərdə İnformatika kafedrasının müdiri vəzifəsində işləmişdir.

 

Elmi dərəcəsi və elmi adı

2008-ci il AMEA-nın Mexanika-riyaziyyat İnstitutunda “Çəkili fəzalarda operator diferensial tənliklərin həlli və bəzi spektral məsələlər” mövzusunda dissertasiya işi müdafiə etmişdir. Fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almış, dosentdir.

 

Əmək fəaliyyəti

1991-ci ildən NDU-nun İnformatika kafedrasında laborant, baş laborant, müəllim, baş müəllim, dosent işləyir.

Apardığı dərslər: İnformatika, Elm və təhsildə kompyuter texnologiyası, Hüquqi informatika.

5 kitabın, 3 metodik vəsaitin, 3 fənn proqramı, 25 elmi-məqalənin müəllifidir.

 

Tədqiqat sahəsi: Diferensial tənliklər

 

Beynəlxalq seminar, simpozium və konfranslarda iştirakı

2007, İran İslam Respublikası, Urmiya şəhəri

2011, Türkiyə Respublikası, Qars şəhəri

2012, Türkiyə Respublikası, Elazığşəhəri

2012, Almaniya Respublikası Berlin, Drezden, Leypsiq

 

Əsərlərindən seçmələr

  1. 2001, Windows mühit örtüyünə dair çalışmalar
  2. 2005, QBasic dilində proqramlaşdırma
  3. 2006, On a fourth order operator-differetial equation in Hilbert space
  4. 2006, On the regular solvabitily of one Boundary-Value problem in weight spaces
  5. 2006, On completeness of a part of eigen and adjoined elements of second order operator bundles 2009, О полноте части корневых векторов для одного класса полиноминальных операторных пучков второго порядка

 

Metodikvəsait “Adidiferensial tənliklərin təqribi hesablanması”

Dərslik “Proqram paketlərindən istifadə etməklə riyazi məsələlərin həlli”

Proqram “Əməliyyat sistemləri”