Naxçıvan Müəllimlər İnstitutunun “İncəsənət” kafedrası 2004-cü il 01 oktyabr №96 əmrə əsasən “Ümumi fənlər” kafedrası kimi fəaliyyət göstərmiş, daha sonra 22 fevral 2019-cu il №3/49 əmrinə əsasən isə “İncəsənət” kafedrası kimi fəaliyyət göstərir.
“İncəsənət” kafedrası ali təhsilin bakalavriat pilləsində “Təsviri incəsənət müəllimliyi” istiqamətləri üzrə əsas aparıcı ixtisas kafedralarından biridir. Gələcək mütəxəsislərin hazırlığında kafedra müxtəlif fənn üzrə tədris həyata keçirir. Tədris olunan fənlər yüksək ixtisaslı mütəxəsislər tərəfindən tədris olunur. Fənlərin tədrisinin keyfiyətini artırmaq, tədris prosesinin səmərəliliyini yüksəltmək üçün müasir təlimin müxtəlif texniki vasitələrindən və metodlarından istifadə olunur.
Naxçıvan Müəllimlər İnstitutunun rektorunun 2020-ci il 18 dekabr №1/150 əmrinə əsasən ilə Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Allahverdiyeva Həbibə Rəşad qızı “İncəsənət” kafedrasının müdiri təyin edilmişdir. Daha sonra Allahverdiyeva Həbibə Rəşad qızı, 26 yanvar 2022-ci il tarixli №185 Naxçıvan MR Ali Məclisi Sədrinin sərəncamı ilə Naxçıvan Müəllimlər İnstitutunun İxtisasartırma və Yenidən hazırlanma üzrə prorektor vəzifəsinə təyin edilmişdir və 2023-cü il 4 sentyabr ayına qədər (prorektor ştatının ləvğinə qədər) “İncəsənət” kafedrasının müdiri vəzifəsini ictimai əsaslarla icra etmişdir. 04.09.2023-cü il №1/72 əmrinə əsasən “İncəsənət” kafedrasının müdiri təyin olunmuşdur və hal-hazırda kafedraya rəhbərlik edir.
“İncəsənət” kafedrasının Strateji Fəaliyyət Planı”na uyğun olaraq kafedra öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının “Təhsil haqqında” və “Elm haqqında” qanunlarını, Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublikasının hakimiyyət orqanlarının qərar və sərəncamlarını, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin normativ sənədlərini və Naxçıvan Müəllimlər İnstitutunun Nizamnaməsini rəhbər tutur. “İncəsənət” kafedrası tədris sahəsində bаkаlаvriat və magistratura üzrə pedaqoji və elmi-pedaqoji kadr hazırlığı ilə məşğul olur. Hazırda kafedranın 6 nəfər əməkdaşı Naxçıvan Müəllimlər İnstitutunun profilinə uyğun elm sahələri və istiqamətləri üzrə, o cümlədən Naxçıvan regional məsələlərinə aid və digər ümum elmi mövzu üzrə tədqiqatlar aparırlar. Kafedrada elmi-pedaqoji fəaliyyətlə məşğul olan 6 nəfər müəllimdən, 1 nəfəri sənətşünaslıq üzrə fəlsəfə doktoru, Naxçıvan Müəllimlər İnstitutu tərəfindən təyin edilmiş 2 dosent, 3 nəfəri isə müəllimdir. Kafedra əməkdaşlarının səmərəli fəaliyyəti dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilmişdir. Professor-müəllim heyətindən Allahverdiyeva Həbibə Rəşad qızı Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı, Aliyev Nizami İsgəndər oğlu Naxçıvan MR Ali Məclisin mükafatına layiq görülmüşdür.
Kafedranın tərkib hissəsi:
1.Allahverdiyeva Həbibə Rəşad qızı
4.Allahverdiyev Həbib Rəşad oğlu
Kafedrada tədris olunan fənlər
Bakalavr pilləsi üzrə
- Təsviri incəsənət və onun tədrisi metodikası
- Rəsm
- Boyakarlıq
- İncəsənət tarixi
- Tədris emalatxanası praktikum
- Kompozisiya
- Ebru
- Heykəltəraşlıq və plastik anatomiya
- Dəzgah qrafikası
- Dekorativ – tətbiqi sənət
- Məktəbdə bədii tərtibat
- Musiqi və onun tədrisi metodikası
- Azərbaycan incəsənəti
- Musiqi nəzəriyyəsi
- Solfecio
- Əsas musiqi aləti
- Naxçıvan xalçaçılıq məktəbi
- Perspektiva
- Xor
- Dirijorluq
- Kompüter qrafikası
- Vokal və onun tədrisi metodikası
- Bədii yaradıcılıq
- İncəsənət əsərlərinin təhlili və analizi və s.
