Elm və innovasiya məsələləri üzrə prorektor

             Qurbanlı Qurban Məmməd oğlu, 1960- ci ilin 25 dekabrında Şərur rayonunun Keşdaz (indiki Çəmənli) kəndində anadan olmuşdur. 1979-1984-cü illərdə N.Q.Çernışevski adına Saratov Dövlət Universitetinin filologiya fakültəsində əyani təhsil almış, “Filoloq. Ali məktəblərdə rus dili və ədəbiyyatı müəllimi” ixtisasına yiyələnmişdir. 2000-ci ilin noyabr ayında Bakı şəhərində namizədlik dissertasiyası müdafiə etmiş, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının filologiya elmləri namizədi elmi dərəcəsini almışdır. 07 fevral 2006-cı il tarixdə həmin komissiyanın qərarı ilə dosent elmi adına layiq görülmüşdür. Ali təhsil müəssisələrindəki pedaqoji fəaliyyəti müddətində elmi-tədqiqat işləri ilə də məşğul olmuşdur. İndiyədək 10-u kitab olmaqla 80-dən artıq elmi, metodik və tərcümə əsərləri nəşr olunmuşdur. Bir sıra beynəlxalq simpozium, konqres, konfrans və seminarlarda ölkə elmini təmsil etmişdir. Məruzə, məqalə, material və tezisləri Misir, Türkiyə, Rusiya, Gürcüstan, Ruminiya və digər ölkələrdə çap olunmuşdur. Hazırda ölkənin bir sıra ixtisaslaşmış elmi nəşrlərinin redaksiyə heyətinin üzvü, Naxçıvan Müəllimlər İnstitutunun Elmi əsərlər jurnalının baş redaktorunun müavinidir. Elmi-pedaqoji və ictimai fəaliyyətinə görə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 05 oktyabr 2007-ci il tarixli əmri ilə “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi“ döş nişanı ilə təltif olunmuş, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 04 oktyabr 2008-ci il tarixli Fərmanı ilə “Naxçıvan Muxtar Respublikasının əməkdar müəllimi” fəxri adına layiq görülmüşdür. Yeni Azərbaycan Partiyasının üzvüdür.

ƏMƏK FƏALİYYƏTİ:

Müəllimlik fəaliyyəti:

1984-1988-ci illərdə Şərur rayon Keşdaz kənd orta məktəbində rus dili və ədəbiyyatı müəllimi;

1988-2018-ci illərdə Naxçıvan Dövlət Universitetində müəllim, baş müəllim, dosent;

2015-ci ildən bugünədək Naxçıvan Müəllimlər İnstitutunun dosenti vəzifəsində fəaliyyət göstərir.

İdarəetmə fəaliyyəti:

1994-2005-ci illərdə “Naxçıvan” Universitetində dekan müavini, dekan;

2004-2006-cı illərdə Naxçıvan Dövlət  Universitetinin “Rus dili və ədəbiyyatı” kafedrasının müdiri;

2006-2016-cı illərdə Naxçıvan Dövlət  Universitetində  “Beynəlxalq münasibətlər və xarici dillər” fakültənin dekanı;

2018-2024-cü illərdə Naxçıvan Müəllimlər İnstitutunun Elmi katibi vəzifələrində çalışmışdır.

Hal-hazırda Naxçıvan Müəllimlər İnstitutunun Elm və innovasiya məsələləri üzrə prorektorudur.