Allahverdiyeva Həbibə Rəşad qızı

Allahverdiyeva Həbibə Rəşad qızı 1981-ci il 9 iyunda Naxçıvan MR Şahbuz rayonun Külüs kəndində anadan olub. 1998-2002-ci illərdədə Naxçıvan Dövlət Universiteti İncəsənət fakültəsinin Təsviri incəsənət ixtisasında (bakalavr), 2002-2004-cü ildə magistr pilləsində təhsil almışdır. 2001-2005-ci illərdə M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında butafor-rəssam vəzifəsində çalışmışdır. 2005-2012 illərdə Naxçıvan Dövlət Universiteti Təsviri incəsənət kafedrasında müəllim, 2012-ci ildə baş müəllim vəzifəsində, 2019-cu ildə Təsviri incəsənət kafedrasının müdiri vəzifəsində çalışır. 2008-ci ildən YAP partiyasının üzvüdür. 2010-cu ildə Azərbaycan Rəssamlar İttifaqının üzvü olub. 2013-cü ildə Azərbaycan Dövlət Rəssamlıq Akademyasının dissertantı olmuşdur. 2018-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında Sənətşünaslıq üzrə fəlsəfə doktorluğu üzrə dissertasiyasının müdafiyə etmişdir. 2019-cu ildə Təsviri incəsənət ixtisasında, Sənətşünaslıq üzrə fəlsəfə doktoru adını almışdır. 2014-cü ildə Naxçıvan Muxtar Respublikası Əməkdar Rəssamı fəxri adına layiq görülmüşdür. 2015-ci il V çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisin Deputatı olmuşdur. 2020-ci il VI çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisin Deputatıdır.

Fərdi sərgiləri

2002-ci ildə Naxçıvan Dövlət Universitetində sərgi salonu

2008-ci ildə Naxçıvan Dövlət Universitetində sərgi salonu

2011-ci il noyabrda “Payız düşüncələri” Naxçıvan MR B.Kəngərli adına sərgi salonu

2017-ci il 08 may Naxçıvan MR-nın Əməkdar rəssamı Həbibə Allahverdiyevanın Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş, “Rənglərdə zamanın təcəssümü” adlı fərdi rəsm sərgisi

2017 -ci il 20 iyun Bakı şəhərində V.Səmədova adına sərgi salonunda “Nuh yurdunun rəngləri” adlı fərdi sərgi

 

Qarışıq sərgiləri

2002-ci ildən Muxtar Respublikada keçirilən qarışıq sərgilərdə iştirak edir.

2000-ci il oktyabrda ABŞ, Ford Xatirə Kitabxanası

2000-ci il oktyabrda ABŞ, Calumet

2001-ci ildə ABŞ, Avrasiya Konfransı

2001 apreldə ABŞ, Şimal-Qərqi İndiana

Dünya Ticarət Birliyi, “Perdue” Universiteti

2001-ci il mayda ABŞ Təşəbbüskarlar Ticarət sərgisi

2009-cu il Türkmənistan Respublikası

2011-ci ildə Bakıda V.Səmədova adına sərgi salonunda keçirilən Naxçıvan rəssamlarının sərgisi

2012-ci il iyunda Türkiyə Respublikası Qars-Qafqaz Universiteti

2013-cü ildə Bakıda V.Səmədova adına sərgi salonunda keçirilən sərgi

2014-cü ildə Bakıda V.Səmədova adına sərgi salonunda keçirilən Naxçıvan rəssamlarının sərgisi

Naxçıvan MR-da 2012-ci, 2014-cü, 2016-cı 2018-ci illərdə keçirilən “Naxçıvan-Bəşəriyyətin beşiyi” adlı Beynəlxalq rəsm festivalı.

2018-ci il. Türkiyə. Muğla-Fetihede “Dənizlərimiz-Rənglərimiz” adlı dünyada ilk sualtı rəsm festivalında iştirakı ilə sualtı rəsm çəkən ilk azərbaycanlı qadın rəssam olmuşdur

2019-cu il. Türkiyə. Muğla -Fetihede “Dənizlərimiz-Rənglərimiz” adlı II sualtı rəsm festivalında iştirak etmişdir. 2019-cu ildə Türkiyə Ərzurum şəhərində keçirilən qarışıq sərgidə iştirak etmişdir. 2019-cu ildə Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyi münasibəti ilə Türkiyənin Trabzon şəhərində keçerilən sərginin iştirakçısı olmuşdur.

Yaradıcılığında qrafika və rəngkarlığın, mənzərə, portret, tematik şəkil, natürmort janrı yer almışdır.

 

Dərc olunmuş elmi əsərlər

  1. “Naxçıvan Dövlət Musiqili Dram Teatrında (1991-2008) tamaşaların bədii tərtibatı”. Tezis. Naxçıvan Dövlət Universiteti Beynəlxalq konfrans “Regional inkişaf və böyük mədəniyyət:mənşə, harmoniya və tipologiya məsələləri”. “Qeyrət” nəşriyyatı. Naxçıvan-2013 Səh. 107-109s.
  2. “Xalq rəssamı Hüseynqulu Əliyevin teatr yaradıcılığı”. Məqalə. Naxçıvan Dövlət Universiteti “Elmi əsərlər” jurnalı. №5(61) “Qeyrət” nəşriyyatı ..Naxçıvan-2014 Səh. 166-171
  3. “Naxçıvan Dövlət Musiqili Dram Teatrında səhnə tərtibatında yeni mərhələ”. Naxçıvan Dövlət Universiteti “Elmi əsərlər” jurnalı №6(62) Naxçıvan-2014 Səh.182-186.
  4. “Əli Səfərov yaradıcılığı tablolarda və teatr səhnəsində”. Naxçıvan Dövlət Universiteti “Elmi əsərlər” jurnalı . №5(70). “Qeyrət” nəşriyyatı . Naxçıvan-2015 Səh. 159-163
  5. “Teatr tamaşalarında rənglərin sədası”. Naxçıvan Dövlət Universiteti “Elmi əsərlər” jurnalı №6(74) ” Qeyrət” nəşriyyatı .Naxçıvan-2016. Səh. 144-149
  6. “Səyyad Bayramovun yaradıcılığında səhnə tərtibatı”. Naxçıvan Dövlət Universiteti “Elmi əsərlər” jurnalı .№ 1(66) “Qeyrət” nəşriyyatı .Naxçıvan-2015.Səh. 184-188.
  7. “Nahçıvan tiyatrosunda tiyatro ressamlığının gelişme aşamaları”. Bilimsel Eksen.№17. Ankara-2016.Səh. 78-83
  8. “Naxçıvan teatr rəssamlığında lirik-psixoloji üslub”. Azərbaycan Milli Elmlər Akademyasının Naxçıvan bölməsi .İncəsənət, dil və ədəbiyyat institutu.”Axtarışlar” Cild 6 .№4.Naxçıvan -2016.Səh. 143-147
  9. “Teatr rəssamı Məmməd Qasımovun bədii quruluşlarında  realizm prinsipləri”. Azərbaycan Milli Elmlər Akademyası.”Xəbərlər” №2. Bakı-2016. Səh.303-308.
  10. Naxçıvan səhnəqrafiyasinda Əbülfəz Axundovun yaradıcılıq xüsusiyyətləri. Naxçıvan Dövlət Universiteti “Elmi əsərlər”  №1(82) “Qeyrət” nəşriyyatı. Naxçıvan-2017. Səh. 252-256.
  11. Naxçıvanda teatr rəssamlığının inkişafının bədii üslub xüsusiyyətləri. Azərbaycan Milli Elmlər Akademyası.”Xəbərlər” №2. Bakı -2017. Səh.249-253
  12. Naxçıvanın Türk-İslam mədəniyyəti abidələrinin təsviri səhnəqrafiyada. Beynəlxalq konfrans materialı (“Naxçıvanın Türk-İslam mədəniyyəti abidələrinin: tarixdə və günümüzdə”) Azərbaycan Milli Elmlər Akademyası. Naxçıvan bölməsi İncəsənət, dil və ədəbiyyat institutu.”Axtarışlar” №3.Naxçıvan -2017. Səh.207-212
  13. Naxçıvan teatr rəssamlığının qədim kökləri və ilkin mərhələsi. IV Uluslararası Türk dünyası araşdırmaları sempozyumu. 26-28 nisan. Ömer Halisdemir Üniversitesi. Niğde-2017. Səh.380-387.
  14. Творчество Юрана Мамедова в Нахчыванском театраьном художничестве. Успехи современной Науки и образования. №4.T.6 Moskva.2017. Səh.112-116
  15. Naxçıvan səhnəqrafiyasının inkişafında bədii tərtibat obraz-atribut kimi. Naxçıvan Dövlət Universiteti “Elmi əsərlər”. № 5 (86) “Qeyrət” nəşriyyatı. Naxçıvan-2017.Səh.123-129
  16. Naxçıvanda səhnəqrafiyanın XX əsrin ikinci yarısınıdan başlayan üslub müxtəlifliyi. Mədəniyyət və İncəsənət Universiteti “Mədəniyyət dünyası” №33. “ADMİU” Bakı-2017.Səh. 118-124
  17. Şamil Qazıyev yaradıcılığı Naxçıvan teatr səhnəsində. Azərbaycan Milli Elmlər Akademyasının Naxçıvan bölməsi.İncəsənət, dil və ədəbiyyat institutu.”Axtarışlar” Cild 8.№2(28).Naxçıvan -2018. Səh.128-133
  18. Azərbaycan VII-XIII əsrlərdə daş üzərində oyma sənəti. Naxçıvan Dövlət Universiteti “Elmi əsərlər”II cild. № 1 (90) “Qeyrət” nəşriyyatı. Naxçıvan-2018. Səh. 124-129
  19. Naxçıvan təbiətinin rəngləri Rafael Qədimovun palitrasında. Azərbaycan Milli Elmlər Akademyasının Naxçıvan bölməsi .İncəsənət, dil və ədəbiyyat institutu.”Axtarışlar” Cild 8.№4(30).Naxçıvan -2018.Səh. 115-119
  20. Telman Abdinovun yaradıcılığında təbiətin lirikası. Naxçıvan Dövlət Universiteti “Elmi əsərlər” №5(94) “Qeyrət” nəşriyyatı.Naxçıvan-2018. Səh.155-158
  21. Muxtariyyat illərində Naxçıvan teatr rəssamlığının inkişafı və milli tematika. Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş respublika elmi konfransının materialları.NDU,”Qeyrət” nəşriyyatı.Naxçıvan-2019.Səh.209-212.
  22. Həsən Qurbanovun yaradıcılığında təbiətin bədii əksi. Naxçıvan Dövlət Universiteti “Elmi əsərlər” №1(98) “Qeyrət” nəşriyyatı.Naxçıvan-2019.Səh. 237-240.
  23. İbrahim Səfiyevin yaradıcılığında milli kolorit. Azərbaycan Milli Elmlər Akademyasının Naxçıvan bölməsi .İncəsənət, dil və ədəbiyyat institutu.”Axtarışlar” Cild 10№2 (32).Naxçıvan -2019.Səh. 129-133
  24. Hüseyn Cavid dramaturgıyası Naxçıvan səhnəqrafiyasında. “Qobustan” 2-183.yay-2019.Səh78-79.
  25. Mikayıl Abdullayevin yaradıcılığında portret janrı. Azərbaycan Milli Elmlər Akademyasının Naxçıvan bölməsi. İncəsənət, dil və ədəbiyyat institutu.”Axtarışlar” Cild. Naxçıvan-2020.