Həsənli Oruc Qafar oğlu

Naxçıvan Müəllimlər İnstitutunun rektoru

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü,
Pedaqoji elmlər doktoru, professor,
Əməkdar elm xadimi,
Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü,
Naxçıvan MR Ali Məclisinin deputatı

 

1950-ci ildə Sərur rayonunun Ələkli kəndində anadan olmusdur. 1957-ci ildə Ələkli kənd 8 illik   məktəbə daxil olmus, 1966-1967-ci illərdə isə həmin rayonun İbadulla kənd orta məktəbində orta təhsilini basa vurmusdur. 1968-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinə daxil olmusdur.

1972-ci ildə həmin ali məktəbi bitirmis və elə o ildən də Sərur rayon Xanlıqlar kənd orta məktəbində  müəllim isləmisdir. 1973-1974-cü illərdə hərbi xidmətdə olmusdur. Hərbi xidməti basa vurduqdan  sonra yenidən Xanlıqlar kənd orta məktəbində müəllim isləmisdir. 1975-ci il noyabrın 11-dən  Naxçıvan Dövlət Pedaqoji İnstitutunda (Naxçıvan Dövlət Universitetində) çalısmısdır. Eyni zamanda

Naxçıvan Özəl Universitetinin tədris və elmi islər üzrə prorektor vəzifəsində çalısmısdır (1993-2008-ci illər). 1991-ci ildə aspiranturanı bitirmisdir. 1992-ci ildə dissertasiya müdafiə edərək pedaqoji elmlər namizədi alimlik dərəcəsi, 1996-cı ildə isə dosent elmi adı almısdır. 2005-ci ildə doktorluq dissertasiyası müdafiə edərək pedaqoji elmlər doktoru alimlik dərəcəsi almısdır.

Rusiya Pedaqoji Sosial Elmlər Akademiyasının 2011-ci ilin yanvar ayında verilmis qərarı ilə akademiyanın həqiqi üzvü (Akademik) elmi adına layiq görülmüsdür. Ali Atestasiya komissiyasının 14 dekabr 2012-ci il tarixli qərarı ilə professor elmi adı verilmisdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 26.04.2012 ci il tarixli əmri ilə UNİCEF-in üzvü seçilmisdir. 200-dən artıq elmi əsərin, o cümlədən 23 kitab və monoqrafiyanın müəllifidir. 2000-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. 2007-ci ildə “Tərəqqi” medalı ilə təltif olunmusdur. 2014-cü ildə “Əməkdar elm xadimi” fəxri adı verilmişdir.Üçüncü vədördüncü çağırıs Naxçıvan MuxtarRespublikası Ali Məclisinin deputatıdır. Ailəlidir, 3 övladı var.

2007-ci ildə “Tərəqqi” medalına layiq görülmüşdür.

201 elmi əsərin müəllifidir, o cümlədən 17 kitabı çap olunmuşdur.

Həmin kitablardan 2-si Türkiyə də çap olunmuşdur.

Elmi əsərlərin siyahısı