Naxçıvan Müəllimlər İnstitutunda bayram tədbiri keçirilmişdir

Naxçıvan Müəllimlər İnstitutunda 31 Dekabr “Dünya azərbaycanlılarının Həmrəylik günü”  və qarşıdan gələn “Yeni il” münasibətilə tədbir keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə 2019-cu ildə institutut tələbələrinin ölkə və muxtar respublikada keçirilmiş müxtəlif yarış və müsabiqələrdə qazandıqları uğurları əks etdirən sərgiyə, Təsviri incəsənət müəllimliyi ixtisası tələbələrinin əl işlərinə baxmışlar. Sonra institutun akt zalında tədbiri giriş sözü ilə açan institutun prorektoru Azad Novruzov həmrəylik gününün tarixi və əhəmiyyətindən danışmışdır. O, qloballaşan dünyada azərbaycanlıların birlik və həmrəyliyinin yaradılması zərurəti, Ulu öndər Heydər Əliyevin bu sahədə apardığı  məqsədyönlü işlərin  tarixi önəm daşıyan siyasi məqamlarına toxunmuşdur. Çıxış zamanı həmçinin yola salınan 2019-cu ildə instituta dövlət qayğısı, görülmüş işlər və qarşıda duran vəzifələr diqqətə çatdırılmışdır.

Sonra institutun istedadlı tələbələrinin  hazırladığı  bayram tədbirində  vətənpərvərlik və həmrəylik mövzusuna həsr olunmuş musiqi nömrələrinin ifası və şeirlərin bədii qiraəti dinlənilmiş, tələbələrin bir qrupu institutun ictimai işlərində fəallıqlarına görə fəxri fərman və diplomlarla təltif edilmişdir.