Naxçıvan Müəllimlər İnstitutunda növbəti kitab müzakirəsi keçirilib

DSC_9889

Bugün Naxçıvan Müəllimlər İnstitutunda ixtisasların hamiliyə verilməsi ilə əlaqədar olaraq M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası əməkdaşlarının və institutun “Kitabxanaçılıq və informasiya” ixtisası üzrə təhsil alan tələbələrinin iştirakı ilə “Oxunması zəruri olan kitablar” siyahısına daxil olan Cek Londonun “Həyat eşqi” hekayəsinin müzakirəsi keçirilib.

Tədbirdə institutun Təbiət və incəsənət fakültəsinin dekanı, dosent Rövşən Vəliyev və M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərova çıxış edərək mütaliənin gənclərin bilik və dünyagörüşlərində mühüm əhəmiyyət kəsb etdiyini, onların savadlı və hərtərəfli formalaşmasında əvəzedilməz rol oynadığını bildirmişlər.

Kitab müzakirəsində həmçinin M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşlarından Nərmin Allahverdiyevanın “Cek Londonun həyat və yaradıcılığı” və Aysel Əhmədovanın “Həyat eşqi” əsərində “Yaşamaq uğrunda mübarizənin təsviri” adlı çıxışları dinlənilmişdir.

Sonda hekayə ətrafında geniş fikir mübadiləsi aparılmış, tələbələrin fikirləri dinlənilmişdir