12 dekabr 2025-ci il tarixində Naxçıvan Müəllimlər İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Heydər Əliyev – Azərbaycan Respublikasının memarıdır” mövzusunda dəyirmi masa keçirilib. Tədbir Ulu Öndərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlanıb.
Dəyirmi masanı institutun Tədris işləri üzrə prorektoru, rektor vəzifələrini icra edən dosent Elşən Məmmədov açaraq Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi tarixindəki misilsiz xidmətlərindən, Naxçıvanda rəhbərliyi dövründə həyata keçirdiyi strateji islahatlardan danışıb. O, qeyd edib ki, Heydər Əliyevin dövlətçilik ideyaları bu gün də ölkənin inkişaf kursunun əsasını təşkil edir və gənclər üçün mühüm yol xəritəsi rolunu oynayır.
Sonra Elm və innovasiya məsələləri üzrə prorektor Qurban Qurbanlı çıxış edərək Ulu Öndərin təhsil sahəsində həyata keçirdiyi beynəlxalq əməkdaşlıq siyasətindən, xüsusilə xaricdə təhsil strategiyasının əsasını qoymasından söz açıb. O bildirib ki, Heydər Əliyevin müəyyən etdiyi qlobal təhsil xətti bugün Azərbaycanın yüksək ixtisaslı mütəxəssis hazırlığında mühüm rol oynayır.
Ümumi işlər üzrə prorektor Xəyal Cəmalov Ulu Öndərin gənclərə tövsiyələrinin müasir gənclik üçün əhəmiyyətini diqqətə çatdırıb.
Daha sonra Humanitar və ictimai fənlər kafedrasının müəllimi Altay Cəfərli və institutun Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş mütəxəssisi, doktorant Aygül Məmmədova çıxış edib. Çıxışlarda Ulu Öndərin siyasi fəaliyyətinin müxtəlif mərhələlərindən, xüsusilə Naxçıvanda rəhbərlik etdiyi dövrdə gördüyü işlərdən geniş şəkildə danışılıb. Eyni zamanda, Ulu Öndərin müəllimlik peşəsinə və təhsil siyasətinə verdiyi yüksək qiymətdən, həmçinin müəllimin cəmiyyətin formalaşmasındakı əvəzsiz rolundan bəhs edilib. Vurğulanıb ki, təhsilin hər üç pilləsində tədris aparılan Naxçıvan Müəllimlər İnstitutunun yaradılması da Heydər Əliyevin təhsilə göstərdiyi xüsusi diqqət və qayğının bariz nümunəsidir.
Çıxışlar zaman gənclərin üzərinə düşən vəzifələr, onların vətənə, elmə və inkişaf prosesinə verdiyi töhfələrin əhəmiyyəti qeyd edilib.
Dəyirmi masada fikir bildirən tələbələr çıxışlarında Ulu Öndərin irsinin müasir gəncliyin ideya formalaşmasında mühüm rol oynadığını vurğulayıblar.
Tədbirin sonunda Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib və iştirakçılar tərəfindən onun əziz xatirəsinə dərin ehtiram ifadə olunmuşdur.


