“İslam həmrəyliyi ili” ilə bağlı elmi-praktik konfrans keçirilmişdir
Azərbaycan istər çar rusiyası müstəmləkəçiliyi, istərsə də 70 iııik sovet hakimiyyəti işğalı dövründə müxtəlif təzyiqlərə və ideoloji sıxıntılara baxmayaraq zaman-zaman özünün milli-mənəvi və dini dəyərlərini qorumaqla yanaşı digər dinlərin dəyərlərinə də hörmətlə yanaşmışdır. Elə bunun nəticəsidir ki, bugünkü müstəqillik illərimizdə multikulturalizmin inkişaf etdirilməsi ılə bağlı dünya dövlətlərinin və xalqlarının dərin hörmət və rəğbətini qazanmışdır. Bu həm də dövlətimizin mənsub olduğu İslam dininə və onun dəyərlərinə hörmətdən qaynaqlanır. Elə bunun nəticəsidir ki, 2017-ci il ölkəmizdə “İslam həmrəyliyi ili” elan edilmişdir. Bu məqsədlə ölkəmizin hər yerində bir sıra tədbirlər keçirilmiş və keçirilməkdədir.
25 dekabr 2017-ci il tarixdə Naxçıvan Müəllimlər İnstitutunda “İslam həmrəyliyi ili” ilə bağlı elmi-praktik konfrans keçirilmişdir. Konfransı giriş sözü ilə açan İnstitutun Tərbiyə işləri üzrə prorektoru, prof.S.Həsənova qeyd etmişdir ki, 2017–ci ilin Azərbaycan Respublikasında “İslam həmrəyliyi ili” elan edilməsi haqqında Azərbaycan Respublikası prezidentinin sərəncamında deyilir. “Azərbaycan uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olmuşdur. O İslam dininin yayılmasında və eyni zamanda müsəlman intibahının bərqərar olmasında mühüm rol oynamışdır”.
Dinlə bağlı qadağaların mövcud olduğu sovet dövrü Azərbaycanında cəmi 17 məscid fəaliyyət göstərdiyi halda, hazırda onların sayı 2000–i ötüb keçmişdir. Bu o deməkdir ki, dövlətimiz multikultural dəyərlərə önəm verməklə yanaşı özümüzə məxsus olan İslami dəyərlərimizin də qorunmasına və inkişaf etdirilməsinə daim diqqət yetirir.
Sonra İnstitutun müəllimi, Fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Hafiz Hüseynov “Azərbaycanda İslam həmrəyliyi ilinin elan olunması dünyaya mühüm bir çağrışdır” mövzusunda məruzə etmiş və göstərmişdir ki, bu gün Azərbaycanda Multikulturalizmdən sonra “ İslam həmrəyliyi ili” nin elan edilməsi dözümlülük, sülh, toleyrantlıq və dünyəviləşmə idealarının yayılması kimi dəyərləndirilməlidir.Azərbaycan həmrəylik və dinlərarası dialoq ölkəsi olduğunu sübut edən bir ölkə kimi daim ayrı–ayrı ölkələrin diqqət mərkəzindədir.
Bir İslam ölkəsi kimi İslami dəyərlərə yüksək qiymət verən Azərbaycan həm də multikultural dəyərlərə hörmətlə yanaşır ki, bu da onun nüfuzunun dünyada artmasına gətirib çıxarır. Eyni zamanda İslam həmrəyliyi ilinin elan olunması dünyaya mühüm bir çağrışdır. Bu dəyərlər ətrafında birləşən insanları birliyinin göstəricisidir.
Sonra Pedaqogika üzrə fəlsəfə doktoru, dosent Rövşən Vəliyev “Toleyrantlığın ünvanı –Azərbaycan” mövzusunda çıxış etmişdir.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılmışdır. Tədbir canlı və maraqlı keçmişdir.
Tərbiyə işləri üzrə prorektor, prof.Sədaqət Həsənova tədbirə yekun vurmuşdur.
25 dekabr 2017