Naxçıvan Müəllimlər İnstitutunda “15 sentaybr Bilik Günü” qeyd olunmuşdur.

İnstitutun rektoru Azad Novruzov çıxış edərək professor müəllim heyyətini və tələbələri yeni dərs ilinin başlanması münasibətilə təbrik etmiş və işlərində müvəffəqiyyətlər arzulamışdır. Rektor vurğulamışdır ki, ölkəmizdə və o cümlədən muxtar respublikamızda həyata keçirilən uğurlu təhsil siyasəti təhsilin bütün səviyyələri və istiqamətlərini əhatə edir. Təhsilin inkişafını təmin edəcək yeni çağırışlar və yanaşmalar daim diqqət mərkəzində saxlanılır. Naxçıvan Müəllimlər İnstitutunun maddi texniki bazası, kadr potensialı və təhsilin bütün pillələri üzrə kadr hazırlığının həyata keçirilməsi bunun bariz nümunəsidir. Cari tədris ilində muxtar respublikamızda sanitar epidemioloji vəziyyətin nəzarətdə saxlanması və vaksinasiya prosesinin uğurla yerinə yetirilməsi tədris prosesinin müəyyən məhdudiyyətlər tətbiq olunaraq ənənəvi şəkildə bərpa olunmasına imkan vermişdir. Hər il olduğu kimi, yeni tədris ilinin başlanması ilə əlaqədar olaraq institutda bir sıra işlər həyata keçirilmişdir. Belə ki, 2021/2022-ci tədris ilində magistr və bakalavr səviyyələrində kadr hazırlığı istiqamətində qəbul aparılacaq ixtisaslar müəyyənləşdirilmiş və qəbul planı təsdiq edilmişdir. Magistratura səviyyəsində 4 ixtisas üzrə, bakalavr səviyyəsində 13 ixtisas üzrə qəbul aparılmışdır. Magistratura səviyyəsində qəbulun nəticələri yekunlaşmış və qəbul planı 90% yerinə yetirilmişdir. Bakalavr səviyyəsində ilkin qəbul nəticələrinə görə qəbul planı 80%-dən yuxarı yerinə yetirilmişdir. İnstitututda doktorantura səviyyəsi üzrə də kadır hazırlığı aparılır və 2021-ci ildən başlayaraq pedaqoji elmlər üzrə Dissertasiya Şurası fəaliyyət göstərir. Bu istiqamətdə görülən işlər muxtar respublikada elmi dərəcəli pedaqoji kadırların hazırlanması üçün mühüm əhəmiyyət kəsb edir. Ali təhsil müəssisəsində tədrisin yeni çağrışlara cavab verməsi daim diqqət mərkəzində saxlanılır. Ötən tədris ilində institutda STEAM təlim metodunun tətbiqi üçün STEAM kabinəsi yaradılmışdır. Cari tədris ilində yeni imkanlar nəzərə alınaraq STEAM təlim metodunun əsaslarının öyrədilməsi və praktik dərslərin təşkili üçün tədris planlarının seçmə fənn bloklarına STEAM təlim metodunun tədrisi ilə bağlı fənlər əlavə edilmişdir. İnstitutun aiditoriyaları və fənn kabinələri yeni tədris ilinə tam hazırlanmış, elektron lövhəli tədris aiditoriyalarının maddi texniki avadanlıqları yoxlanılaraq yaranmış çatışmamazlıqlar aradan qaldırılmışdır. Tədris planları əsasında yeni dərslik, dərs vəsaitləri və fənn proqramları tərtib edilmişdir. İnstitutun rəsmi internet səhfəsində müəyyən dəyişikliklər aparılmış, elektron rezurslar yenilənmişdir. İnstitutun elektron kitabxanası zənginləşdirilmiş və əlçatanlığının təmin edilməsi istiqamətində bir sıra işlər yerinə yetirilmişdir. Rektor professor-müəllim heyyəti və tələbələrə yeni dərs ilində uğurlar arzulamışdır.
Sonra İnstitutun Ümumi fənlər kafedrasının müdiri Qızıllı Əliyeva, Tələbə Elmi Cəmiyyətinin sədri Aysun Nağdəliyevanın təbrik çıxışları dinlənilmişdir.
Naxçıvan Müəllimlər İnstitutunun Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti.