Naxçıvan Müəllimlər İnstitutunda 2025–2026-cı tədris ilinin ilk Elmi Şura iclası keçirilib

05 sentyabr 2025-ci il tarixində Naxçıvan Müəllimlər İnstitutunda cari tədris ilinin ilk Elmi Şura iclası keçirilib. İclasda Şuranın yeni tərkibi təsdiq olunub, institutun fəaliyyət istiqamətləri ətraflı müzakirə edilib. Tədris-elmi fəaliyyətin əsas prioritetləri, qarşıda duran vəzifələr və 2025–2026-cı tədris ili üçün iş planı təsdiq edilib. İclasda qəbul olunmuş sənədlərin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə təqdim edilməsi qərara alınıb.
Elmi Şura iclasında həmçinin cari məsələlər müzakirə olunub, tədris prosesinin keyfiyyətinin yüksəldilməsi və institutun inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.