Naxçıvan Müəllimlər İnstitutunda “15 İyun-Milli Qurtuluş Günü”nə həsr olunmuş lektoriya keçirilib

Naxçıvan Müəllimlər İnstitutunda “15 İyun-Milli Qurtuluş Günü”nə həsr olunmuş lektoriya keçirilib
Lektoriyada “Böyük zəfərə milli qurtuluşdan gedən yol” mövzusunda çıxış edən “Hümanitar və ictimai fənlər” kafedrasının müəllimi Aslan İbrahimov qeyd edib ki, XX yüzilliyin 60-cı illərinin sonuna yaxın Azərbaycanın sosial-iqtisadi həyatını dərin böhran bürüdüyü, olduqca mürək¬kəb, ağır bir şəraitdə, respublikamızın iqtisadi inkişaf gös-təricilərinə görə keçmiş Sovetlər Birliyində sonuncu yerdə olduğu bir zamanda hakimiyyətə gələn Heydər Əliyevin Azərbaycana rəhbərlik et¬diyi dövr XX əsr Azərbaycanının ictimai-iqtisadi, siyasi və mədəni inkişaf tarixində ən parlaq dövr hesab edilir. Bu illərdə əldə edilmiş uğurlar, Heydər Əliyevin uzaqgörən siyasətinin düzgünlüyünü və həyatiliyini göstərir. Diqqətə çatdırılıb ki, Naxçıvanda işlədiyi müddətdə Heydər Əliyev müstəqilliyimizin ilk addımlarının atılmasının rəhbəri oldu və Azərbaycanın qurtuluş mücadiləsinə başçılıq etdi.
Məruzəçi öz çıxışında Heydər Əliyevin ömür yolu, hakimiyyətdə olduğu illər və ikinci dəfə hakimiyyətə qayıdışından sonrakı dövrdə gördüyü işlər, ölkəmizdə fundamental əhəmiyyətə malik olan və həyata keçirilən tədbirlər haqqında ətraflı məlumat verib.
Bildirib ki, dövlət başçısı kimi fəaliyyətə başladığı ilk gündən Heydər Əliyev ölkəmizin daxili və xarici siyasət proqramını hazırladı, dağıdılmış iqtisadiyyatın bərpa və inkişaf etdirilməsinin strategiyasını müəyyənləşdirdi, azad bazar iqtisadiyyatına doğru dərin və əhatəli sosial-iqtisadi, siyasi və mədəni islahatlar kursunu inkişaf etdirdi. Prezident Heydər Əliyev qısa zamanda ölkənin sosial-iqtisadi, siyasi və mədəni inkişafının əsaslandırılmış proqramını hazırladı. Dünya sivilizasiyasının inkişaf proqramından və təcrübəsindən istifadə edərək milli iqtisadiyyatın inkişafının spesifik cəhətləri, xüsusiyyətləri və milli mentalitetimizə uyğun bütün parametrləri nəzərə alınaraq yeni-yeni layihələr və dövlət proqramları hazırlandı.
Heydər Əliyevin həyata keçirdiyi düzgün və əsaslandırılmış daxili və xarici siyasət Azərbaycanın demokratik inkişaf yolu ilə sürətlə irəliləməsinə geniş istiqamət açmış, iqtisadiyyatın dirçəlməsinə səbəb olmuş və bu siyasətlə Azərbaycan xalqının qurtuluşuna nail olunmuşdur. Tarixi təcrübə öyrədir ki, bütün zamanlarda və bütün dövlətlərdə yeni dövlət və hakimiyyət strukturları yaratmaq və formalaşdırmaq, dərin islahatlar həyata keçirmək, daxili sabitliyə nail olmaq, əhalinin sosial problemlərini həll etmək nə qədər çətin və mürəkkəb vəzifələrdir. Ancaq prezident Heydər Əliyev belə çətin problemlərin həlli yollarını müəyyənləşdirə bildi.
Bu baxımdan iyirminci yüzilliyin 90-cı illərində Azərbaycanda həyata keçirilən dərin sosial-iqtisadi islahatların tədqiqi, onların həlli yollarının araşdırılması və qiymətləndirilməsi bu gün Azərbaycanın çağdaş tarixinin öyrənilməsində böyük elmi və praktiki əhəmiyyət kəsb edir.
Aslan İbrahimov çıxışının sonunda vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliye¬vin Dünya azərbaycanlılarının I Forumuna (02.06.2006) göndərdiyi təbrikdə deyildiyi kimi: “Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət Azərbaycanın dövlət müstəqilliyini qoruyub saxlayaraq daha da möhkəmləndirdi və dinamik inkişaf yoluna çıxardı. Bu gün çox böyük inamla, faktlarla, dəlil və sübutlarla deyə bilərik ki, Azərbaycan xalqının qurtuluşu məhz ümum¬milli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Çünki Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsinin, xalqımızın xoşbəxt və firavan yaşamasının, qurtuluş yollarında tarixi zəfərlərin qazanılmasının, bizim haqq səsimizin və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasının etibarlı qarantı, qüdrətli rəhbəri, yenilməz sərkərdəsidir. Prezident olduğu dövrdə «Həyatımın mənasını ancaq xalqa sədaqətlə xidmətdə görürəm»-deyən Heydər Əliyev XX-XXI əsrlərin qovşağında xalqın ümid yeri, güman yeri, inam və iman yeri, gələcək müvəffəqiyyətlərimizin və uğurlarımızın, potensial qələbələrimizin başlıca təminatçısı olmuşdur.
Aygül Məmmədova
Naxçıvan Müəllimlər İnstitutunun mətbuat və ictimaiyyətlə əlaqələr xidməti