Ümumi təhsilin dövlət standartları və məktəb təcrübəsi-2023” mövzusunda respublika elmi-praktik konfransı keçiriləcəkdir.

ELMİ KONFRANS ELANI

 

Naxçıvan Müəllimlər İnstitutunda

26-27 may 2023-cü il tarixlərində

“Ümumi təhsilin dövlət standartları və məktəb təcrübəsi-2023”

mövzusunda respublika elmi-praktik konfransı keçiriləcəkdir.

 

           

Naxçıvan Müəllimlər İnstitutunda hər il təşkil edilən ənənəvi ümumtəhsil elmi-praktik konfranslarının əsas məqsədi ölkəmizdə bu sahədə həyata keçirilən davamlı islahatlarının elmi-nəzəri dərkinə cəhd etmək, nəzəriyyə və təcrübənin uyğunluq dərəcəsini təsbit etmək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 sentyabr tarixli 361 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları” sənədinin əsas müddəalarının elmi şərhini vermək, islahatlarının reallaşdırılması istiqamətində elmi-əməli təcrübə mübadiləsini təmin etmək, ümumi təhsildə innovasiyaların məqsəd, mahiyyət və istiqamətlərini aşkarlamaq üçün bu sahədə çalışan tədqiqatçıları və praktik mütəxəssisləri, təhsil təşkilatçılarını, fənn müəllimlərini, məktəbəhazırlıq və ibtidai sinif müəllimlərini, pedaqoji ali və orta ixtisas təhsili müəssisələrinin professor-müəllim heyətini, pedaqoq və psixoloqları, ümumiyyətlə ümumi təhsilimizin aktual məsələləri ilə maraqlananları bir araya gətirməkdən ibarətdir. Konfransın başlıca vəzifəsi elan olunan ƏSAS MÜZAKİRƏ İSTİQAMƏTLƏRİ üzrə iştirakçıların elmi unsiyyətini səmərəli şəkildə təşkil və təmin etməkdən ibarətdir.

Xüsusi qeyd edirik ki, Naxçıvan Muxtar Respublikasından kənarda yaşayan məruzəçilər konfransın işinə videobağlantı formatında qatıla bilərlər. Videobağlantı formatında iştirakın detalları barəsində əlavə məlumat veriləcəkdir.

Konfransda təqdim ediləcək məruzələrin tezisləri toplu şəklində nəşr ediləcək və institutun rəsmi elektron saytında yerləşdiriləcəkdir.

Aktual problemə həsr olunmuş mövzu üzrə məruzə ilə konfransın uyğun bölməsində çıxış etmək (10-12 dəqiqə) və materialını tezis şəklində dərc etdirmək istəyənlər 16 may 2023-cu il tarixədək materiallarını elmihisse@nmi.edu.az elektron ünvanına (NMİ Ümumtəhsil Konfransı-2023 qeydi ilə) göndərə və ya elektron daşıyıcılarda Naxçıvan Müəllimlər İnstitutunun Elmi hissəsinə (otaq № 209) təqdim edə bilərlər.

Materialın tərtibinə dair tələblər:

– A4 formatı, Word redaktoru, Times New Roman şrifti, 12 Pt;

– səhifənin parametrləri – hər tərəfdən 2 sm;

– sətirlərarası interval – 1;

– müəllifə dair məlumatlar (ad və soyad (tünd, böyük hərflərlə), işlədiyi və ya təhsil aldığı müəssisənin adı, vəzifəsi, elmi dərəcə və elmi adı  (varsa), elektron ünvanı (və əlaqə telefonu) adi hərflərlə) sağ tərəfdə;

– materialın başlığı tünd, böyük hərflərlə ortada;

– mətnin yazıldığı dildə xülasə və açar sözlər, sonra əsas hissə;     

xülasə: 30-40 söz;

– açar sözlər: 3-5 söz və ya söz birləşməsi;

– materialın həcmi: 12 səhifə (XülasəAçar sözlər daxil).

 

Naxçıvan Müəllimlər İnstitutu

TƏŞKİLAT KOMİTƏSİ

                                                                     Naxçıvan şəhəri, Heydər Əliyev pr.2.

Əlaqə: (036) 544 04 29; 051 379 99 00

ÜMUMİ TƏHSİLİN DÖVLƏT STANDARTLARI VƏ MƏKTƏB TƏCRÜBƏSİ”                      mövzusunda Respublika elmi-praktik konfransının

ƏSAS MÜZAKİRƏ İSTİQAMƏTLƏRİ

 

  1. Müstəqillik illərində ümumi təhsildə davamlı islahatlar: gözləntilər, reallıqlar və perspektivlər

2.Ümumi təhsilin məzmunu islahatlar kontekstində

3.Ümumi təhsildə innovasiyalar

4.Ümumi təhsil sistemində təhsilverənlərin keyfiyyət göstəriciləri                                                                              5. Ümumi təhsil pilləsində təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsinə verilən tələblər: reallıqlar və  perspektivlər                                                                                                                            6.Təhsilalanlarda formalaşdırılmalı olan səriştələr  Dövlət standartlarında və məktəb təcrübəsində

  1. a) Məktəbəhazırlıq, b) ibtidai təhsil, c) ümumi orta təhsil və d) tam orta təhsil səviyyələrində tədris edilən fənlər üzrə ümumi təlim nəticələri Dövlət standartlarında və məktəb təcrübəsində 8.Tam orta təhsil səviyyəsində təhsilin təşkili: tələblər və təcrübə                                                               9. Ümumi təhsilin təşkilinə dair ümumi pedaqoji tələblər Dövlət standartlarında və təcrübədə

10.Ümumi təhsil sistemində şagird nailiyyətlərinin qiymətləndirilməsi və monitorinqi məsələləri

  1. Fənn müəllimin fərdi iş təcrübəsi islahatlar kontekstində
  2. Fənlərin tədrisinin aktual məsələləri
  3. Ümumi təhsildə məsafədən təlimin aktual məsələləri
  4. Dərslik konsepsiyası və məktəb təcrübəsinin reallıqları
  5. Ümumi təhsilin idarə olunmasının aktual məsələləri
  6. Ümumi təhsilin digər məsələləri elmi araşdırma işığında

 

KONFRANSIN TƏŞKİLAT KOMİTƏSİ

Naxçıvan Müəllimlər İnstitutu

                                                                     Naxçıvan şəhəri, Heydər Əliyev pr.2.

Əlaqə: (036) 544 04 29; 051 379 99 00