NMİ-də Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyi ilə birlikdə tədbir keçirilmişdir.

NMİ-də Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyi ilə birlikdə tədbir keçirilmişdir.
   Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə tərtib olunmuş tədbirlər planına uyğun olaraq Naxçıvan Müəllimlər İnstitutunda Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyi ilə birlikdə “Poeziya axşamı” adlı tədbir keçirilmişdir.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Yadigar, Yazıçılar Birliyinin üzvləri Həsənəli Eyvazlı, Zeyqəm Vüqar, Elxan Yurdoğlu, Ayxan Hüseynli, institutun bir qrup professor müəllim heyəti və tələbələr iştirak etmişdir. Giriş sözü ilə institutun rektoru Azad Novruzov çıxış edərək Ümummilli liderin ölkəmizə rəhbərliyi dövründə ədəbiyyatımızın inkişafındakı xidmtlərinə toxunmuş, onun yazıçı və şairlərə göstərdiyi böyük qayğını diqqətə çəkmişdir. Ümummilli liderin 100 illiyinə həsr olunmuş bu tədbirin gənclərin mənəvi tərbiyəsində, gənclərin bədii ədəbiyyata marağının artırılmasında, şairlərlə oxucuların ünsiyyətinin daha da sıxlaşmasında əhəmiyyətli olacağını qeyd etmişdir.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Yadigar üzvləri Zeyqəm Vüqar, Elxan Yurdoğlu, Həsənəli Eyvazlı və institutun həvəskar şairləri çıxışlar edərək Ümummilli liderin ədəbiyyatımızın inkişafındakı xidmətlərindən danışmış, ulu öndər Heydər Əliyevə, Azərbaycana, Vətənə həsr etdikləri şeirlərindən nümunələr səsləndirmişlər.