Nizami dühası və müasirlik” mövzusunda elmi konfrans keçirilmişdir .

16 aprel 2021-ci il tarixdə Naxçıvan Müəllimlər İnstitutunda “Nizami dühası və müasirlik” mövzusunda elmi konfrans keçirilmişdir. Konfransı giriş sözü ilə institutun rektoru Azad Novruzov açaraq qeyd etmişdir ki,  Azərbaycan və dünya  ədəbiyyatında görkəmli yer tutmuş  Nizami Gəncəvi  irsi tək xalqımızın deyil Dünya mədəni irsinin incilərindən hesab olunur. Nizami Gəncəvi yaradıcılığının tədqiqi və təbliği üçün ciddi işlər ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətinin birinci dövründə başladılmışdır. 1981-ci ildə Ulu Öndərin bilavasitə təşəbbüsü və iştirakı ilə dahi sənətkarın  840 illik yubileyi keçirilmişdir.  2011-ci ildə Nizami Gəncəvinin 870 illiyi dövlət səviyyəsində silsilə tədbirlərlə geniş qeyd edilmişdir. Şairin xatirəsinə ehtiram əlaməti olaraq 2021-ci il Prezident İlham Əliyevin Sərəncamı ilə “Nizami Gəncəvi ili” elan edilmişdir. Bu dövlətimizin  Nizami Gəncəvi ilə bərabər, bütövlükdə Azərbaycan ədəbiyyatına və mədəni irsinə   diqqətinin təcəssümüdür. “Nizami Gəncəvi ili”  ölkəmizin hər yerində olduğu kimi muxtar respublikada da geniş qeyd olunur. Tələbə və müəlimlərimiz resbublika səviyyəli bir sıra konfrans, müsabiqə və seminarlarda iştirak etmiş, məqalələrı elmi və kütləvi nəşrlərdə dərc olunmuşdur. Tələbələrin rəsm işləri nümayiş olunmuşdur.

Konfransda  proqrama uyğun olaraq “Nizami Gəncəvi əsərlərinin Azərbaycanda tədqiqi tarixi”, “Nizami Gəncəvi elm haqqında”, “Nizami Gəncəvi yaradıcılığında bitkilərə münasibət”, “Nizami Gəncəvi təlim-tərbiyə haqqqında”, “Nizami Gəncəvinin pedaqoji görüşləri” “Nizami Gəncəvinin təbiət elmlərinə dair fikirləri” və digər mövzularda mərüzələr dinlənilmişdir .