Doktorant və magistrantların nəzərinə!
Naxçıvan Müəllimlər İnstitutunda
“Təhsil, tədqiqat və innovasiyanın vəhdəti” mövzusunda
doktorant və magistrantların III Regional elmi konfransı keçiriləcəkdir.
Naxçıvan Müəllimlər İnstitutunda İnnovasiya laboratoriyasının (İnnoLab) təşkilatçılığı ilə muxtar respublikamızda elmi və elmi-pedaqoji kadr hazırlığı ilə məşğul olan elm və ali təhsil müəssisələrinin doktorant və magistrantları üçün 30 aprel 2021-ci il tarixdə “Təhsil, tədqiqat və innovasiyanın vəhdəti” mövzusunda doktorant və magistrantların III Regional elmi konfransının keçirilməsi planlaşdırılır. Konfransın keçirilməsində əsas məqsəd muxtar respublikamızda fəaliyyət göstərən gənc tədqiqatçıları bir araya gətirmək, əldə etdikləri elmi nailiyyət və təcrübələrini digərləri ilə bölüşməsinə, elmi tədqiqat, tərtibat və təqdimat bacarıqlarının inkişafına şərait yaratmaq, təhsil-tədqiqat-innovasiyaya olan marağı daha da artırmaqdır.
Konfransda ixtisasından (ixtisaslaşmasından) asılı olmayaraq bütün gənc doktorant və magistrantlar elmi məruzə və ya digər materialları ilə iştirak edə bilərlər. Konfrans materiallarının ayrıca toplu şəklində nəşri planlaşdırılır.
Konfransda iştirak etmək və məqaləsini dərc etdirmək istəyən gənc tədqiqatçılar 20 aprel 2021-ci il tarixədək materialları huseynovag110@gmail.com elektron ünvanına göndərə və ya elektron daşıyıcılarda Naxçıvan Müəllimlər İnstitutunun Elmi hissəsinə (otaq № 209) təqdim edə bilərlər. Materiaların qəbul edilməsi üçün elmi rəhbərin rəyi və aşağıdakı tələblərin ödənilməsi vacibdir.
Məqalələrin tərtibinə dair tələblər:
– A4 formatı, Word redaktoru, Times New Roman şrifti, 12 Pt;
-səhifənin parametrləri yuxarıdan və aşağıdan 2 sm, soldan 3 sm, sağdan 1 sm;
– materialın başlığı tünd, böyük hərflərlə ortada;
– müəllifin adı və soyadı, işlədiyi və ya təhsil aldığı müəssisənin adı, elmi dərəcəsi və elmi adı (varsa), elektron ünvanı (və əlaqə telefonu) sağ tərəfdən;
– sətirlərarası interval – 1,5;
– istinadlar mətnin içində [5, 124] şəklində;
– ədəbiyyat siyahısı materialın sonunda;
– xülasə (30-50 söz) və açar sözlər (3-5) Azərbaycan, rus və ingilis dillərində materialın əvvəlində;
– materialın ümumi həcmi 5-8 səhifə olmaqla yazılmalıdır.
Gənc tədqiqatçılara uğurlar diləyi ilə,
KONFRANSIN TƏŞKİLAT KOMİTƏSİ
Naxçıvan şəhəri, Heydər Əliyev pr.2.
Naxçıvan Müəllimlər İnstitutu