Naxçıvan Müəllimlər İnstitutunda Aprel şəhidlərinə həsr olunmuş tədbir keçirilmişdir.
04 aprel 2019-cu ildə Naxçıvan Müəllimlər İnstitutunda şəhidlərin xatirəsinə həsr olunmuş “Aprel döyüşləri – Zəfərin başlanğıcı” adlı tədbir keçirilmişdir.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Sonra Vətən uğrunda qəhrəmanlıq göstərərək canından keçmiş şəhidlərimiz bir dəqiqəlik sükutla yad edildi.
Giriş sözü ilə institutun rektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Elbrus İsayev tədbiri açaraq bildirdi ki, bu gün aprel şəhidləri timsalında Vətən uğrunda canından keçmiş bütün şəhidlərimizin ruhu qarşısında baş əyir və bildirirəm ki, nə qədər bu xalq var, bayrağımız yüksəklərdə dalğalanır şəhidlər daima xalqımızın qəlbində yaşayacaq. Tədbirin mahiyyətinə toxunaraq qeyd etdi ki, şəhidlərimizin keçdiyi həyat yolu və qəhrəmanlıq səlnaməsi bütün gənclərimiz üçün nümunədir. Biz Azərbaycan xalqının gələcəyi olan gənclərimizi vətənpərvər ruhda yetişdirmək üçün bu tip tədbirləri davamlı olaraq keçirməyi özümüzə vəzifə borcu kimi müəyyənləşdirməliyik.
Sonra İnstitutun Təbiət və incəsənət fakültəsinin dekan müavini Çapay Quliyev “Şəhidlər ölməz – Vətən bölünməz” mövzusunda çıxış etdi.
Tədbir institutut tələbələrinin hazırladıqları bədii qiraət, musiqi nömrələri və şəhidlər haqqında hazırladıqları videoçarx və film nümayişi ilə davam etdi.
Sonda şəhid ailələrinin nümayəndələri geniş və təsirli çıxışlar edərək tələbələrin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində öz dəyərli tövsiyyələrini verdilər.