“Təhsil, tədqiqat və innovasiyanın vəhdəti” mövzusunda doktorant və magistrantların V Respublika elmi konfransı

E L A N

Gənc tədqiqatçıların nəzərinə!

 

Naxçıvan Müəllimlər İnstitutunda

“Təhsil, tədqiqat və innovasiyanın vəhdəti” mövzusunda

doktorant və magistrantların V Respublika elmi konfransı keçiriləcəkdir.

 

 Naxçıvan Müəllimlər İnstitutu ölkəmizdə elmi və elmi-pedaqoji kadr hazırlığı ilə məşğul olan elm və ali təhsil müəssisələrinin doktorant və magistrantları üçün 28-29 aprel 2023-cü il tarixdə “Təhsil, tədqiqat və innovasiyanın vəhdəti” mövzusunda doktorant və magistrantların V Respublika elmi konfransının keçiriləcəyini elan edir. Konfransın keçirilməsində əsas məqsəd bütövlükdə ölkədə fəaliyyət göstərən gənc tədqiqatçıları hibrid (əyani və videobağlantı) formatda bir araya gətirmək, onların əldə etdikləri elmi nəticələrinin digər tədqiqatçılarla bölüşməsinə və müzakirə etməsinə, elmi tədqiqat, tərtibat və təqdimat bacarıqlarının inkişafına şərait yaratmaq, təhsil-tədqiqat-innovasiyaya olan maraqlarını daha da artırmaqdır.

 Konfransda ixtisasından (ixtisaslaşmasından) asılı olmayaraq bütün gənc doktorant və magistrantlar elmi məruzə və ya digər materialları ilə iştirak edə bilərlər. Konfrans materiallarının ayrıca toplu şəklində ənənəvi və elektron nəşrləri, iştirakçlara sertifikat təqdim edilməsi nəzərdə tutulur. Konfransın proqramı, iş qaydası və videobağlantı ünvanı əlavə elan ediləcəkdir.

Konfransin işçi dilləri – Azərbaycan, ingilis və rus dilləridir.

Konfransda iştirak etmək və məqaləsini/tezisini dərc etdirmək istəyən gənc tədqiqatçılar 15 aprel 2023-cü il tarixədək materiallarını elmihisse@nmi.edu.az elektron ünvanına “Magistrantların V Respublika konfransı üçün” qeydi ilə göndərə və ya elektron daşıyıcılarda Naxçıvan Müəllimlər İnstitutunun Elmi hissəsinə (otaq № 209)  təqdim edə bilərlər.                         Materialın qəbul edilməsi üçün  1) iştirakçı anketinin təqdim olunması və 2) məqalə/tezisin tərtibinə dair aşağıdakı tələblərin ödənilməsi vacibdir:

– A4 formatı, Word redaktoru, Times New Roman şrifti, 12 Pt;

– səhifənin parametrləri – hər tərəfdən 2 sm;

– materialın başlığı tünd, böyük hərflərlə ortada;

– müəllifin adı və soyadı, işlədiyi və ya təhsil aldığı müəssisənin adı, elmi dərəcəsi və elmi adı

   (varsa), elektron ünvanı və elmi rəhbərinin adı və soyadı, elmi dərəcəsi və elmi   adı (varsa)  sağ

   tərəfdən;

 – sətirlərarası interval – 1,5;

 – istinadlar mətnin içində [5, 124] şəklində;

 – ədəbiyyat siyahısı materialın sonunda;

 xülasə: məqalə üçünyazıldığı dildən başqa 1 xarici dildə (50-60 söz); tezis üçün yazıldığı

   dildən başqa 1 xarici dildə (30-40 söz);

 – açar sözlər4-5 söz və ya söz birləşməsi;

 – materialların həcmi: məqalə üçün  4-8 səhifə (Xülasə, Açar sözlərƏdəbiyyat siyahısı daxil

    olmaqla), tezis üçün 2-3 səhifə (XülasəAçar sözlər daxil olmaqla) həcmində.

Gənc tədqiqatçılara uğurlar diləyi ilə,

KONFRANSIN TƏŞKİLAT KOMİTƏSİ

Naxçıvan şəhəri, Heydər Əliyev pr.2.

Naxçıvan Müəllimlər İnstitutu

e-mail:elmihisse@nmi.edu.az

əlaqə: (036) 544-04-29

                051-379-99-00