Naxçıvan Müəllimlər İnstitutunda “Vətənpərvər gənclərin yetişdirilməsində pedaqoji kollektivin məhsuliyyəti” mövzusunda rektarat keçirilmişdir

Naxçıvan Müəllimlər İnstitutunda “Vətənpərvər gənclərin yetişdirilməsində pedaqoji kollektivin məhsuliyyəti” mövzusunda keçirilən rektaratı institutun rektoru Azad Novruzov Azərbaycan Respublikasının Prezidenti, Ali Baş komandan İlham Əliyevin “Azərbaycan gəncləri Vətən Müharibəsində böyük şücaət nümayiş etdirdilər. Vətənpərvərlik ruhunda, dövlətə sədaqət ruhunda yetişmiş Azərbaycan gəncləri torpaqlarımızı işğalçılardan azad etdilər. O cümlədən işğal edilmiş torpaqlarda heç vaxt olmayan, amma əslən o torpaqlardan olan gənclər torpaqları uğrunda aslan kimi vuruşurdular” sitatı ilə açmışdır. Rektor qeyd etmişdir ki, vətənpərvər, Vətəni hər şeydən çox sevən nəsilin yetişdirilməsində müəllimlərin rolu danılmazdır. Vətən qarşısında öz vətəndaşlıq borcunu şərəflə yerinə yetirən və şəhidlik zirvəsinə ucalanlar içərisində Naxçıvan Müəlimlər İnstitutunun məzunlarının da yer aldığını vurğulayan rektor bu istiqamətdə pedaqoji kollektivin qarşısında duran müasir vəzifələrdən danışmış, gələcək perespektivlər müzakirə edilmişdir.