Naxçıvan Müəllimlər İnstitutunun professor-müəllim heyəti və bir qrup tələbəsi Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində olmuşlar

160429046_3769849143050657_9093837302943832007_o
Naxçıvan Müəllimlər İnstitutunun professor-müəllim heyəti və bir qrup tələbəsi Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində olmuşlar. Muzey günləri qrafikinə əsasən təşkil olunmuş tədbirdə muzeyin tarixi və nümayiş olunan eksponatlar barədə ətraflı məlumat verilmişdir. Qeyd olunmuşdur ki, muzeyin fondunda çoxəsrlik Azərbaycan ədəbiyyatı tarixini əks etdirən qiymətli əlyazmalar, tətbiqi və təsviri sənət nümunələri, qədim və müasir kitablar, qəzet və jurnallar, xatirə əşyaları və digər muzey materialları mühafizə olunur. Ekspozisiyada və fondda Azərbaycanın fırça ustalarının müxtəlif janrlarda yaratdıqları boyakarlıq və heykəltəraşlıq əsərləri, Naxçıvan teatrının tarixinə aid sənədlər – afişalar, proqramlar, tamaşa eskizləri, görkəmli teatr sənətkarlarının yaradıcılığını əks etdirən fotoşəkillər də nümayiş etdirilir.
Sonda Naxçıvan Müəllimlər İnstitutunun rektoru, dosent Azad Novruzov institut kollektivi adından muzey əməkdaşlarına təşəkkürünü bildirmiş, fəaliyyətlərində uğurlar arzu etmişdir.