Naxçıvan Müəllimlər İnstitutunda Beynəlxalq Ana Dili Gününə həsr edilmiş elmi-praktik konfrans keçirilmişdir

53041420_2078237215545200_3888111005464526848_n

Hər il fevral ayının 21-i dünyada Beynəlxalq Ana dili Günü kimi qeyd edilir.Bu il BMT-nin ali mədəniyyət qurumu olan (UNESCO) YUNESKO-nun 1999-cuilin noyabrında keçirilmiş baş konfransında fevralın 21-i Beynəlxalq Ana DiliGünü elan olunmasının 20 ili tamam olur. Bu münasibətlə Naxçıvan Müəllimlərİnstitutunda “21 fevral-Beynəlxalq Ana Dili Günü” nə həsr olunmuş elmi-praktikkonfrans keçirilmişdir. Tədbiri institutun rektoru Elbrus İsayev açaraq bildirmişdirki, dil millətin təşəkkülündə, milli birliyin formalaşmasında vacib olan amillərdənbiridir. Düşüncələrdəki dərinliyi, hisslərdəki incəlikləri bütünlüklə ifadə etməkkamilliyinə yetişə bilməsi üçün hər hansı xalqın dilinin bir neçə minillik tarixiinkişaf yolu keçməsi lazım gəlir. Bu mənada biz xoşbəxtik ki, doğma Azərbaycandilimiz həqiqətən də dünyanın ən qədim və zəngin dillərindən biridir. Ümummillilider Heydər Əliyevin məşhur bir fikrini dönə-dönə xatırlamaqda duyduğumuzqürurun dərin bir mənası var: “Millətin milliliyini saxlayan onun dilidir”.Ulu öndər Heydər Əliyev tərəfindən milli dilimizin qorunması istiqamətində tarixiəhəmiyyət kəsb edən qərarlar qəbul edilmişdir. Ümummilli lider 2001-ci il iyunun18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmanimzalamışdır. Bu ənənələri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev uğurla davam etdirir.

Konfransda professor Akif İmanlı “Ümummilli lider Heydər Əliyev ana dilihaqqında”, dosent Qurban Qurbanlı “Beynəlxalq Ana Dili Günü: tarixdəngünümüzə”, dosent Samirə Həsənova “Azərbaycan dilinin tətbiqinə dair dövlətsənədləri”, Naxçıvan Müəllimlər İnstitutunun doktorantı Təranə Qəbulova“Azərbaycan maarifçiləri və ana dili məsələsi” mövzularında çıxışlar etmişlər.Çıxışlarda qeyd edilmişdir ki, hər bir vətəndaş öz ana dilinin saflığını vəmüqəddəsliyini qorumalı, keşiyində durmalıdır. Ana dili bizim milli mənliyimiz,milli vüqarımız, milli qürurumuz, fəxr dünyamızdır. Bu vəzifənin uğurla yerinəyetirilməsinin vacib şərtlərindən biri ana dilimizin saflığının qorunması, yadkəlmələrdən yersiz istifadə edilməməsidir. Sonda tələbələrin ifasında Ana dilinə həsr edilmiş şeirlər bədii qiraət olunmuşdur.

NMİ-nin Mətbuat ictimaiyyətlə əlaqələr xidməti