Naxçıvan Müəllimlər İnstitutunda pedaqoji təcrübənin başlanğıc konfransı keçirilmişdir.

18 fevral 2019-cu il tarixdə Naxçıvan Müəllimlər İnstitutunda Riyaziyyat vəİnformatika müəllimliyi, İbtidai sinif müəllimliyi və Məktəbəqədər təlim vətərbiyə ixtisasında oxuyan tələbələrin pedaqoji təcrübəsinin başlanğıc konfransıkecirilmişdir. Konfransda Naxçıvan Muxtar Respublikasının Təhsil Naziri vənazirliyin əməkdaşları, Naxçıvan şəhər İcra başçısının müavini, pedaqoji təcrübəkeçiriləcək məktəblərin direktorları, metodist müəllimlər və tələbələr iştiraketmişlər.Konfransı institutun rektoru Elbrus İsayev açaraq, tələbələrin təcrübəmüddətində görəcəyi işlərdən ətraflı danışmışdır. Qeyd etmişdir ki, 2018-2019-cutədris ilinin ikinci yarısında 184 tələbə Naxçıvan şəhərinin məktəblərində və uşaqbağçalarında pedaqoji təcrübədə olacaqlar. Təcrübə zamanı İKT-nin imkanlarındangeniş istifadə olunmalı, tərbiyəvi tədbirlərin təşkilinə mühüm əhəmiyyət verilməlivə pedaqoji təcrübənin keçiriləcəyi müddət ərzində məktəblərdə pedaqojitəcrübənin gedişi müntəzəm müzakirə olunmalıdır.

Naxçıvan Muxtar Respublikasının Təhsil Naziri Rəhman Məmmədovçıxışında bildirmişdir ki, pedaqoji hazırlığın ən vacib sahələrindən biri pedaqojitəcrübədir. Pedaqoji təcrübə prosesində tələbələrin ali məktəblərdə aldıqları bilikdərinləşir, möhkəmlənir, tələbələr pedaqoji iş sahəsində yeni bacarıqlarayiyələnirlər. Vurğulanıb ki, mütəxəssis hazırlığı məhz praktik yolla başa çatır.Nəzəri biliklər pedaqoji təcrübə müddətində əməli icra oluna-oluna mənimsənilir.Bu yolla pedaqoji təfəkkür, pedaqoji qabiliyyət formalaşır ki, pedaqoji səriştəninbacarıq halında möhkəmlənməsinə səbəb olur. Pedaqoji təcrübə kadrları birmütəxəssis kimi formalaşdırır. Nazir qeyd edib ki, pedaqoji təcrübə müddətindətələbələr Naxçıvan şəhərinin məktəblərində pedaqoji prosesi əyani şəkildə öyrənir,bilik və peşə bacarıqlarına yiyələnmələri üçün onlara yüksək dövlət qayğısıgöstərilir.

Konfransda institutun prorektoru Azad Novruzov “Pedaqoji təcrübənin əhəmiyyətivə tədris planında yeri”, İstehsalat təcrübə rəhbəri Təranə Əliyeva “Pedaqojitəcrübənin təşkili ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələr haqqında”,Pedaqogika və psixologiya kafedrasının baş müəllimi Çapay Quliyevin “Pedaqoji təcrübə zamanı pedaqoq, psixoloq və təcrübəçi tələlbələrin qarşısında duranvəzifələr haqqında” məruzələr etmişlərSonda tələbələri maraqlandıran suallar cavablandırılıb.Pedaqoji təcrübənin işinə uğurlar arzulanmışdır. Konfrans başa çatdıqdan sonra Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən İnstituta hədiyyə edilən dərslik və metodik vəsaitlərdən ibarətsərgiyə baxış keçirilmişdir.