Naxçıvan Müəllimlər İnstitutunda 5-ci sinif riyaziyyat dərsliyinin müzakirəsi keçirildi

1 19 (1)

Bugün Naxçıvan Müəllimlər İnstitutunda Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə birgə 5-ci sinif  riyaziyyat dərsliyinin müzakirəsi keçirildi. Müzakirədə institutun “Riyaziyyat və tədrisi metodikası” və “Ali riyaziyyat və informatika” kafedrasının əməkdaşları və ümumtəhsil məktəblərinin bir qrup riyaziyyat müəllimi iştirak etmişdir. Tədbirin məqsədi orta məktəb 5-ci sinif riyaziyyat dərsliyinin elmi-metodiki cəhətdən təhlili, dərsliyin pedaqogikanın müəssərlik prinsipinin tələblərinə uyğunluğu haqqında rəy və təkliflərin müzakirəsindən ibarət olmuşdur. Müzakirə Naxçıvan Müəllimlər İnstitutunun professoru Yaqub Məmmədov və Naxçıvan Muxtar Respublika Təhsil Nazirliyinin  aparıcı məsləhətçisi Baba Əliyev tərəfindən aparılmışdır. Müzakirə geniş diskussiya şəraitində aparılmış, ortaya çıxan suallar təhlil edilmiş, rəy və təkliflər ümumiləşdirilmişdir.