Naxçıvan Müəllimlər İnstitutunda Elmi Şuranın genişləndirilmiş iclası keçirilib

30 yanvar 2026-cı il tarixdə Naxçıvan Müəllimlər İnstitutunda Elmi Şuranın genişləndirilmiş iclası keçirilib. İclasda institutun 2025-ci təqvim ili ərzində görülmüş işlər müzakirə olunub, 2026-cı il üçün qarşıda duran vəzifələr müəyyənləşdirilib.
İclasda Tədris işləri üzrə prorektor, rektor vəzifələrini icra edən dosent Elşən Məmmədov 2025-ci ildə institutda görülmüş işlər və perspektiv vəzifələr barədə hesabatla çıxış edib. Daha sonra elm və innovasiya məsələləri üzrə prorektor dosent Qurban Qurbanlı institutun elmi fəaliyyətinin 2025-ci il üzrə yekunları haqqında məlumat verib.
Magistratura və doktorantura şöbəsinin müdiri dosent Qızıltac Şahbazova doktorant və dissertantların illik hesabatlarına dair məruzə ilə çıxış edib.
Geniş müzakirələrdən sonra gündəlikdə duran məsələlər üzrə müvafiq qərarlar qəbul olunub və iclas cari məsələlərin müzakirəsi ilə başa çatıb. İclasda həmçinin illik fəaliyyət nəticələrinə görə institutun professoru Yaqub Məmmədov və elmlər doktoru Kamal Camalov “İlin alimi”, doktorant Gülnar Hüseynova isə “İlin tədqiqatçısı” nominasiyası üzrə təltif edilib. Təbiət və incəsənət fakültəsinin İncəsənət kafedrası, eləcə də Pedaqoji fakültənin Pedaqogika və psixologiya kafedrası “İlin kafedrası” seçilib. Eyni zamanda bir qrup müəllim səmərəli fəaliyyətlərinə görə təşəkkürnamə ilə təltif edilib.