Naxçıvan Müəllimlər İnstitutunda təkmilləşdirmə kursu keçmiş müəllimlərə sertifikatlar verildi

30 yanvar 2020-ci il tarixdə Naxçıvan Müəllimlər İnstitutunda muxtar respublikada fəaliyyət göstərən ümumtəhsil məktəblərində çalışan 29 nəfər ibtidai sinif müəlliminə sertifikatlar təqdim edilmişdir.

Təqdimatda institutun və Naxçıvan Muxtar Respublikası Təhsil  Nazirliyinin əməkdaşı iştirak etmişdir. Naxçıvan Müəllimlər İnstitutunun prorektoru Azad Novruzov institutda diplomdan sonrakı təhsilin təşkili yollarından, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə bu sahədə aparılan əməkdaşlıqdan danışmışdır. İbtidai sinif müəllimləri üçün təşkil edilmiş  kurs “İbtidai siniflərdə Ana dili fənnindən şagirdlərdə oxuyub-anlama bacarıqlarının inkişaf etdirilməsi yolları” mövzusuna həsr olunmuşdur. Kurs uğurla başa vurulmuş, qarşıya qoyulmuş məqsədə nail olunmuşdur.

Sonra Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşı Abdulla Əsgərov, institutun professoru Akif İmanlı və kurs iştirakçıları olan müəllimlər çıxış edərək təlimin əhəmiyyətindən danışmışdır.

Sonda müvəffəqiyyət qazanmış kurs iştirakçılarına sertifikatlar təqdim edilmişdir.