Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasında qarşıya qoydulan məsələlər müzakirə edilmişdir
15 yanvar 2018-ci il tarixdə Naxçıvan Müəllimlər İnstitutunda Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasında qarşıya qoyulan problemlərin müzakirəsinə həsr olunan tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan institutun rektoru, AMEA-nın müxbir üzvü, professor Oruc Həsənli açaraq bildirmişdir ki, Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasının iclası olmuşdur. Sessiyada Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov “2017-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları” mövzusunda məruzə etmişdir. Natiq öz məruzəsində ictimai və iqtisadi həyatımızın bütün sahələrinə öz münasibətini bildirməklğ yanaşı təhsil sahəsində görülən işlərə də münasibət bildirərək demişdir: “Hazırda iqtisadi inkişafdan əldə edilən gəlirlərin, ilk növbədə, insan kapitalının formalaşdırılmasına yönəldilməsi diqqətdə saxlanılan əsas məsələdir. Muxtar Respublikada təhsilin bütün mərhələləri üzrə infrastrukturun yeniləşməsinə, müasir informasiya texnologiyaları və tədris vasitələri ilə təchiz olunmuş məktəb binalarının istifadəyə verilməsinə xüsusi diqqət yetirilir”. Doğrudan da bu gün gənc nəslin təhsil alması üçün hər cürə imkanlar yaradılmışdır.
Rektor, professor Oruc Həsənli bildirdi ki, sessiyada da söylənıldiyi kimi, Naxçıvan Müəllimlər İnstitutu üçün yeni tədris kompleksi yaradılmışdır. O cümlədən muxtar respublikada hazırda mənəvi dəyərlərin bərpasına və qorunmasına, turizmin kompleks inkişafına, tibbi xidmətin müasir tələblər səviyyəsinə qaldırılmasına ciddi fikir verilir. Çünki ən mühümü bu il Naxçıvan İslam Mədəniyyəti Mərkəzi kimi öz qapılarını xarici turistlərin üzünə daha geniş açacaqdır. Naxçıvan Müəöllimlər İnstitutu əməkdaşları kimi biz də üzərimizə düşən işləri layiqincə yerinə yetiririk və bundan sonra da yetirməyə səy göstərəcəyik.
Sonra İnstitutun Elmi-metodik işlər qzrə prorektoru, professor Yaqub Məmmədov və Təlim tərbiyə işləri üzrə prorektor, professor Sədaqət Həsənova istər institutda elmi- metodik sahədə, istərsə də təlim-tərbiyə sahəsində görulən işlərdən və qazanılan nailiyyətlərdəh hərtərəfli danışdılar. Tədbir işgüzar və canlə şəraitdə keçdi.
İnstitutun rektoru, AMEA-nın müxbir üzvü, professor Oruc Həsənli tədbirə yekun vurdu.
Naxçıvan Müəllimlər İnstitutunun
Mətbuat xidməti