Naxçıvan Müəllimlər İnstitutunun “Xəbərlər” jurnalı 21 dekabr 2004-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeydiyyatından keçmiş (Şəhadətnamə №-1158) və ildə 4 nömrə nəşr olunması nəzərdə tutulmuşdur.
“Xəbərlər” jurnalı Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının dissertasiyaların əsas elmi nəticələrinin elmi dərc olunması tövsiyə edilən elmi nəşrlərin siyahısının Pedaqogika elmləri bölməsinə salınmışdır.Eyni zamanda, Naxçıvan Müəllimlər İnstitutunun“Xəbərlər” jurnalı Beynəlxalq ISSN qrifi ilə nəşr olunur ( ISNN 2303-9116).
“Xəbərlər” jurnalında institutda, muxtar respublikada çalışan alim və gənc tədqiqatçılarla yanaşı, Azərbaycanın müxtəlif elm-təhsil müəssisələrində fəaliyyət göstərən müəlliflərin həmçinin bir sıra xarici ölkələrdən nüfuzlu alimlərin göndərdikləri elmi məqalələr də dərc olunur.
“Xəbərlər” jurnalının baş redaktoru Naxçıvan Müəllimlər İnstitutunun rektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Elbrus İsayevdir