Tələbə həmkarlar təşkilatı

Tələbə həmkarlar təşkilatı öz nizanmaməsi və funksiyaları daxilində universitet rəhbərliyinin gündəlik qayğısı sayəsində tələbələrin dərsə davamiyyəti, nizam-intizam qaydalarına əməl etməsi, onların sosial müdafiəsi, asudə vaxtının səmərəli təşkili, iaşə xidmətinin yüksəldilməsi, tələbələrlə tərbiyəvi söhbətlərin və mədəni-kütləvi tədbirlərin keçirilməsi, qabiliyyətli tələbələrin aşkar olunması və onlara köməklik göstərilməsi istiqamətində ardıcıl fəaliyyət göstərir.