Tədris şöbəsi

Naxçıvan Müəllimlər İnstitutunun Tədris şöbəsi institutda tədris –metodiki işlərin təşkili və əlaqələndirilməsi ilə bağlı məsələlərlə məşğul olur. İxtisaslar üzrə tədris planlarının, işçi planların, tədris tapşırıqlarının, kafedraların dərs bölgülərinin hazırlanmasında iştirak edir, onları yoxlayıb təsdiqə təqdim edir.

Tədris şöbəsi tələbələrin instituta qəbulu, bakalavr və magistr hazırlığı üçün normativ sənədlərin, onların möhlət və bərpa əmrlərinin hazırlanması, yekun dövlət attestasiyası imtahanlarının, imtahan və göndəriş vərəqlərinin nömrələnib aidiyyatı qurumlara verilməsi, kursdan-kursa keçmələri, məzun olma, diplom vermə və s. barədəki müvafiq işlərini həyata keçirir. Pedaqoji və istehsalat təcrübələrinə dair hazırlıq işlərini, açıq dərslərin təşkili, saathesabı tədris fondunun icrası və s. məsələlərlə əlaqədar nəzərdə tutulan işləri təşkil edir, imtahanların keçirilməsinə nəzarət edir. Tələbələrin şəxsi işlərini qaydalaşdırır, hər ayın sonunda tələbə kontingentini yeniləyir. Tədrislə bağlı statistik məlumatları hazırlayır və aidiyyatı üzrə göndərir, instituta tədrisə aid daxil olan məktubları cavablandırır.

 Tədris şöbəsinin əməkdaşları:

  1. Mahmudova Əhruz Əli qızı – Tədris şöbəsinin müdiri
  2.  Əliyeva Təranə Sevindik qızı –Pedaqoji təcrübə rəhbəri
  3. Əliyeva Qızıllı Mustafa qızı – p.ü.f.d., Metodist
  4. Əsədova Gülər Məmmədhüseyn qızı  — Metodist
  5. Sadiqova Nuray Nəbi qızı- Metodist
  6. Nuri Aynurə Hüseyn qızı – Metodist
  7. Mirzəyeva Aynur Elçin qızı – Metodist
  8. Əliyeva Süsən Əli qızı – Metodist
  9. Mürşüdova İlkanə İlqar qızı – Metodist
  10. Cəfərova Fərqanə Əhəd qızı – Metodist
  11. İbrahimova Günel Fəxrəddin qızı – kabinə müdiri
  12. Rüstəmova Səminə Tofiq qızı – kabinə müdiri
  13. Əliyeva Aytəkin Vaqif qızı – kabinə müdiri
  14. Fərəcova Günay Yasin qızı – Xarici əlaqələr üzrə mütəxəssis
  15. Vəliyeva Sevinc Tofiq qızı- Tələbələrlə iş üzrə mütəxəssis
  16. Rüstəmli Süleyman Abdulla oğlu – Dispetçer