Sevda Tofiq qızı Həsənova

1966-cı il mayın 25-də   Sumqayıt şəhərində anadan olmuşdur. 1983-cü ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olmuş, 1987-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir.

1987-ci ildə Azərbaycan Təhsil Nazirliyinin təyinatı ilə Y.H. Məmmədəliyev adına Naxçıvan Pedaqoji İnstitutuna təyinatla göndərilmişdir.

2019-cu ildə dissertasiya müdafiə etmiş, pedaqogika üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır.

Hal-hazırda Naxçıvan Dövlət Universitetinin “İncəsənət” fakültəsi “ Musiqi təlimi” kafedrası və Naxçıvan Müəllimlər İnstitutunun   baş müəllimidir.

 

Elmi məqalələri:

  1. XVI əsr miniatürlərində musiqi lövhələri. NDPİ XI elmi konfransın tezisləri, 1990
  2. Ümumtəhsil məktəblərində mövcud musiqi proqramlarının təhlili. NDPİ, IX elmi konfransın tezisi, 1998
  3. Musiqi nümunələrindən istifadə etməklə ibtidai sinif şagirdlərinin ekoloji tərbiyəsinin formalaşdırılması. Nax.DU Elmi əsərlər. Naxçıvan “Qeyrət”, 2011
  4. Musiqi nümunələrindən istifadə etməklə ibtidai sinif şagirdlərinin ekoloji tərbiyəsinin formalaşdırılmasının pedaqoji əsasları. Naxçıvan Müəllimlər İnstitutu. Elmi əsərlər, Naxçıvan, “Məktəb”, 2012
  5. Musiqi nümunələrindən istifadə etməklə ibtidai sinif şagirdlərinin ekoloji tərbiyəsinin formalaşdırılmasının psixoloji əsasları. “Milli pedaqogika məktəbi” №1, Bakı , 2012
  6. Didaktik oyunların təşkili zamanı musiqi nümunələrindən istifadə etməklə ibtidai sinif şagirdlərinin ekoloji tərbiyəsinin formalaşdırılması yolları. Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu. Elmi əsərlər №2, Bakı, 2014
  7. Ecological upbringing of elementary school children through music. Naxçıvan Müəlllimlər İnstitutu.Elmi əsərləri, Məktəb, 2014.
  8. Ümumtəhsil məktəblətinin musiqi dərslərində ekoloji tərbiyənin rolu.”Müasir təlim metodları və yeni pedaqoji texnologiyaların təlim-tərbiyə prosesində tətbiqi” mövzusuna həsr edilmiş elmi-praktik konfrans materialları, Naxçıvan Müəllimlər İnstitutu, Məktəb, 2014
  9. Musiqi dərslərində yeni təlim metodlarının tətbiqinə dair.”Təhsil kurikulumları” mövzusunda keçirilmiş Respublika konfransının materialları, Naxçıvan Müəllimlər İnstitutu, Məktəb, 2015
  10. Müstəqillik dövründə ümumtəhsil məktəblərinin musiqi dərslərində ekoloji tərbiyə problemlərinə bir nəzər. Musiqi elmi, mədəniyyəti və təhsilin aktual problemləri № 1, ADPİ, Bakı, 2016
  11. Musiqi məşğələləri və məktəblilərin ekoloji təhsili. Azərbaycan təhsil siyasətinin prioritetləri; müasir yanaşmalar, Beynəlxalq elmi konfransın materialları, Naxçıvan, 2016
  12. Модернизация педагогических основ экологического воспитания младших школьников с использованием музыкальных образцов. Науковıй вıсник кафедри Киевского найионального лингвсттичрного университету, 2016
  13. Musiqi məşğələlərində ibtidai sinif şagirdlərinin ekoloji tərbiyəsi. Pedaqogika. Elmi-nəzəri-metodik jurnal №2, Bakı,2016
  14. Musiqi məşğələlərində təxəyyülün imkanlarını nəzərə almaqla kiçikyaşlı məktƏblilərin ekoloji tərbiyəsinin formalaşdırılması. “Müasir təlim metodları və yeni pedaqoji texnologiyaların təlim- tərbiyə prosesində tətbiqi” mövzusuna həsr edilmiş elmi-praktik konfransın materialları, NMİ, 2017
Azərbaycan dili AZ English EN