Sadiq Hüseynəli oğlu Vəliyev

fizika-riyaziyyat elmləri doktoru, professor

Vəliyev Sadıq Hüseynəli oğlu 15 aprel 1946-cı ildə Naxçıvan MR Şərur rayonunun Qarxun kəndində anadan olmuşdur.

1952-ci ildə Qarxun kənd yeddiillik məktəbə daxil olmuş, 1962-ci ildə Siyaqut kənd orta məktəbini bitirmişdir.

1962-1968-ci illərdə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində oxomuş və riyaziyyat ixtisasına yiyələnmişdir.

1968-1971-ci illərdə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun əyani şöbəsinin aspirantı olmuş, 1971-1975-ci illərdə Riyaziyyat və Mexanika İnstitutunda kiçik elmi işçi, 1975-1977- ci illərdə baş elmi işçi vəzifəsində işləmiş və “Baş elmi işçi” diplomu almışdır.

1977-ci ildən Naxçıvan Dövlət Universitetində baş müəllim, 1982-ci ildə “Cəbr və Həndəsə”  kafedrasının dosenti, 1991-ci ildə “Təbiətşünaslıq və Riyaziyyat” fakültəsinin dekan müavini, 1996-1997-ci illərdə Cəbr və Həndəsə kafedrasının müdiri, 1997-2000- ci illərdə Fizika-Riyaziyyat fakültəsinin dekanı vəzifələrində işləmişdir.

2000-2003-cü illərdə Azərbaycan Müəllimlər İnstitutunun Naxçıvan filalının direktoru, 2003-2006-cı illərdə Naxçıvan Müəllimlər İnstitutunun rektor əvəzi, 2006-cı ildən 2010-cu ilin centyabr ayının 25-dək (vəfat edənədək) Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsində işləmişdir.

2006-cı ildən fizika-riyaziyyat elmləri doktoru elmi adını almışdır. 113 adda elmi və elmi metodik vəsaitin müəllifidir.

06 noyabr 2005-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı seçilmişdir.

03 avqust 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Şöhrət” ordeni ilə təltif olunmuşdur.

40-a yaxın elmi monoqrafiyanın və 150-dən artıq elmi məqalənin müəllifidir.

Elmi-metodik əsərlərindən nümunələr:     

  1. Пройектив мцстяви.Пройектив мцстяви цзяриндя икитяртибли яйриляр. Методик вясаит. Бакы, 1997, 28 s.
  2. Мяктяб рийазиййат олимпиадасы /5-9 –ъу синифляр/. Методик вясаит. Бакы, 1999, 145 s.
  3. Рийази физиканын цсуллары. Методик вясаит. Бакы, 1999, 45 s.
  4. Мяктяб рийазиййат олимпиадасы /Х-ХЫ синифляр/. Методик вясаит. Нахчыван 1999, 120 s.
  5. Рийазиййат. Олимпиада мясяляси./щялли иля/. Методик вясаит. Нахчыван, 2000, 120 s.
  1. Диференсиал тянликляр. Нахчыван, 2001, 120 s.
  2. Рийазиййатын ибтидаи курсунун нязяри ясасларындан мясяля вя мисаллар. Ы щисся. Методик вясаит. Нахчыван 2003, 79 s.
  3. Базисы экспонент с вырождением и граничные задачи. Препринт. Национальная Академия Наук Азербайджана, Институт Математики и Механики, Препринт, Баку 2004, 56 с.
  4. 9. Тядрисин сямяряли тяшкилиндя фяал вя интерактив тялимя бир бахыш. Методик вясаит. Нахчыван 2004, 104 s.
  5. Краевые  задачи  и  базисы  из экспонен. Монография. Баку-издательство «Элм»,2006. 281 ct.
Azərbaycan dili AZ English EN