Quliyeva Lamiyyə Telman qızı

Biologiya üzrə fəlsəfə doktoru

e- mail:  lamiya.quliyeva.80@mail.ru

1980-ci ildə Naxçıvan şəhərində anadan olub.

1987-ci ildə Naxçıvan şəhər 3 №-li tam orta məktəbə daxil olub, 1997-ci ildə “Xanım qızlar” liseyini fərqlənmə attestatı ilə bitirib.

1997-ci ildə Naxçıvan Dövlət Universitetinin Biologiya ixtisasına qəbul olub, 2001-ci ildə həmin ixtisası müvəffəqiyyətlə bitirib.

2002-ci ildə Naxçıvan Dövlət Universitetinin Botanika ixtisası üzrə Magistratura səviyyəsinə qəbul olub, 2005-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib.

2015-2018-ci illər arası Naxçıvan Dövlət Universitetinin Doktorantura pilləsi üzrə təhsil alıb. 2020-ci ilin fevral ayından etibarən Biologiya üzrə fəlsəfə doktorudur. Ailəlidir, 3 övladı var.

2002-ci ildə Naxçıvan Müəllimlər İnstitutuna laborant vəzifəsinə daxil olub.

2003-cü ildən Ümumi fənlər kafedrasına müəllim vəzifəsinə təyin olunub.

2007-ci ildən etibarən həmin kafedranın baş müəllimi və Naxçıvan Müəllimlər İnstitutunun “Elmi əsərlər” jurnalında “Biologiya” bölməsinin elmi redaktorudur. 1 kitab həmmüəllifi, 1 metodik vəsaitin, 30-dan artıq elmi əsərin müəllifidir. KİV-də 40-dan çox məqaləsi dərc olunub.

Dərc olunmuş elmi əsərləri:

  1. Naxçıvan Muxtar Respublikasında yaşıllaşdırmada istifadə olunan ağac və kol bitkilərinin bioloji, fizioloji xüsusiyyətləri // “Heydər Əliyev 83. Müasir təlim metodları və yeni pedaqoji texnologiyaların təlim-tərbiyə proseslərində tətbiqi” mövzusuna həsr edilmiş elmi-praktik konfransın materialları (26-27 may 2006). NMİ, “Məktəb” nəşriyyatı, Naxçıvan 2006. səh. 44-45
  2. Reseptorlar, onların növləri və funksiyalarının tədrisi / Naxçıvan Müəllimlər İnstitutunun “Xəbərlər”i, Cild: 11 №3, “Məktəb” nəşriyyatı, Naxçıvan 2007. s. 114-117 2007.
  3. İbtidai siniflərdə keçirilən “Həyat bilgisi” fənninin tədrisinin əsas təşkil formaları və onların qarşılıqlı əlaqələri // Naxçıvan Müəllimlər İnstitutunun “Xəbərlər”i, Cild: 12 №4, “Məktəb” nəşriyyatı, Naxçıvan 2007. s. 83-89
  4. İnsan beyninin sirlərinin öyrənilməsi məsələləri / Heydər Əliyev 88. Müasir təlim metodları və yeni pedaqoji texnologiyanın təlim-tərbiyə prosesində tətbiqi mövzusuna həsr edilmiş elmi-praktik konfransın materialları (06 may 2011) NMİ, “Məktəb” nəşriyyatı, Naxçıvan 2011. s. 213-217
  5. Həyat bilgisi dərslərində mənəvi keyfiyyətlərin, əxlaq normalarının və davranış qaydalarının öyrədilməsi metodikası // Naxçıvan Müəllimlər İnstitutunun “Xəbərlər”i, Cild:8 №2 2012, “Məktəb” nəşriyyatı, Naxçıvan 2012, s. 90-93
  6. Dalamazkimilər fəsiləsinin Naxçıvan Muxtar Respublikasında yayılmasının tədrisinə dair // Naxçıvan Müəllimlər İnstitutunun “Xəbərlər”i, Cild:8 №4 2012, “Məktəb” nəşriyyatı, Naxçıvan 2012. s. 84-89
  7. “Sümüklərin quruluşu və tərkibi” mövzusunun tədrisi // Naxçıvan Müəllimlər İnstitutunun “Xəbərlər”i, Cild: 9 №4 2013, “Məktəb” nəşriyyatı, Naxçıvan 2013. s. 142-144
  8. Süsənkimilər fəsiləsi bitkilərinin ümumi xarakteristikası və növləri haqqında / “Heydər Əliyev-92 müasir təlim metodları və yeni pedaqoji texnologiyaların təlim-tərbiyə proseslərində tətbiqi” mövzusuna həsr edilmiş elmi-praktik konfransın materialları. NMİ, “Məktəb” nəşriyyatı, Naxçıvan 2015. s. 216-218.
  9. Talıbov T.H., Quliyeva L.T. Naxçıvan Muxtar Respublikası üçün yeni növlər // AMEA Naxçıvan bölməsinin Xəbərləri №4. Naxçıvan, “Tusi” – 2016, s. 70-84
  10. Talıbov T.H., Quliyeva L.T. Naxçıvan Muxtar Respublikasında Papaver L. cinsinə aid növlərin bioloji xüsusiyyətləri // NDU Elmi əsərlər “Təbiət və tibb elmləri seriyası”. Naxçıvan, NDU, “Qeyrət”-2016. s. 11-20
  11. Talibov, L. Guliyeva, The biological features of species of Chelidonium and Glaucium Mill. Genus in the nakhchivan autonomous republic // International Journal of Botany Studies. ISSN: 2455-541X, Impact Factor: RJIF 5.12. Volume 2; Issue 1; January 2017. Page No. 28-31
  12. Xaşxaş (Papaver somniferum) bitkisinin bioloji xüsusiyyətləri və tərkibinə daxil olan alkaloidlər // AMEA Naxçıvan bölməsinin Xəbərləri №2. Naxçıvan, “Tusi” – 2017. s. 182-188
  13. Naxçıvan Muxtar Respublikasında yayılan Papaver macrostomum et Huet və Rhoeas L. növlərinin yeni variasiyaları // AMEA Naxçıvan bölməsinin Xəbərləri №4. Naxçıvan, “Tusi” – 2017. s. 159-165
  14. İbrahimova K.İ., Quliyeva L.T., “Həyat bilgisi” fənninin tədrisində müasir təlim texnologiyalarının tətbiqi // Naxçıvan Müəllimlər İnstitutunun “Xəbərlər”i, Cild:13 №1, 2017, “Məktəb” nəşriyyatı, Naxçıvan 2017. s. 89-93
  15. Талыбов Т. Г., Кулиева Л. Т. Характеристические особенности рода Roemerıa Medic. семейства маковых, распространенных в Нахичеванской Автономной Республике / Research and Publishing Center “Actualnots.RF”, Moscow, Russia.November, 16, 2017. с. 12-15
  16. Talibov H., Guliyeva L.T.The characteristic features of Corydalis genus of Papaveraceae family spred in Nakhchivan Autonomous Republic // «The scientific heritage» Editorial board address: Budapest, Kossuth Lajos utca 84,1204, p. 7-12
  17. Talıbov T.H., Quliyeva L.T. Naxçıvan Muxtar Respublikasında yayılan Fumaria cinsinin tədqiqi vəziyyəti və bioloji xüsusiyyətləri / Botaniki tədqiqatlarda yeni çağırışlar. AMEA Botanika İnstitutu və Botaniklər cəmiyyətinin V.C.Hacıyevin 90 illiyinə həsr edilmiş Konfrans materialları. 20-21 iyun 2018. Bakı, 2018, s. 21-23
  18. Naxçıvan Muxtar Respublikasinda Hypecoum pendulum növünün bioloji xüsusiyyətlərinin tədqiqi // AMEA-nın Naxçıvan bölməsi. Xəbərlər №2. Naxçıvan, Tusi, 2018, s. 181-186
  19. Талыбов Т. Г., Кулиева Л. Т. Применение некоторых видов в народной и официальной медицине // Scientific Light (Wroclaw, Poland) ISSN 0548-7110, Vol 1, No 20 (2018), с. 3-7
  20. Naxçıvan Muxtar Respublikası florasında yayılan laləkimilərin nadir növləri və onların qorunması // Scientific Light (Wroclaw, Poland) ISSN 0548-7110, Vol 1, No 20 (2018), с. 3-7
  21. Talıbov T. H., Quliyeva L.T. Naxçıvan Muxtar Respublikasının florası – Papaveraceae fəsiləsi. Bakı: “Ecoprint”, 2018, 240 səh.
  22. Naxçıvan Muxtar Respublikasında yayılan Papaveraceae fəsiləsinə aid olan cins və növlərin təyinedici açarları / NMİ. Elmi əsərlər. Pedaqogika, psixologiya, tarix, filologiya, riyaziyyat və informatika, biologiya, incəsənət, 2019, № 3 (57). s. 199-203
  23. Guliyeva L.T., İbragimova K.İ. The application of modern teaching technologies in the lessons // Polish journal of science № 25 (2020) VOL. 3. İSSN 3353-2389. Wojciecha Gorskiego 9, Warszawa, Poland, 00-033. p. 3-6
  24. The natural resource of some species of Papaveraceae and phytochemical composition of Papaver arenarium Bieb. species in Nakhchıvan Autonomous Republic // The IV İnternational scientific conferense dedidated to the 150th anniversary of Nariman Narimanov. Dialogue of cultures in the modern world, 25-25 may, Batumi, Georgia. P. 281-285
  25. Biologiya fənninin tədrisində tərbiyə məsələlərinin formalaşdırılması / Naxçıvan Müəllimlər İnstitutu. “Ümumi təhsildə kurikulum islahatları: nəticələr, reallıqlar və perspektivlər” Respublika elmi-praktik konfransının materialları. 2020
  26. Quliyeva L., Salayeva Z. Naxçıvan Muxtar Respublikası florasında yayılan qaz soğanı cinsinin müasir vəziyyəti və taksonomiyası // Naxçıvan Müəllimlər İstitutu. Elmi əsərlər № 2. Pedaqogika, psixologiya, tarix, filologiya, riyaziyyat və informatika, biologiya, incəsənət, 2020,
  27. Naxçıvan Muxtar Respublikasında bitkiçiliyin inkişafına göstərilən qayğı // Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik fondu və AMEA Naxçıvan Bölməsinin təşkilatçılığı ilə “Naxçıvan Muxtar Respublikası: Dayanıqlı inkişaf, uğurlar, perspektivlər” mövzusunda Beynəlxalq konfrans. 2020
  28. Naxçıvan Muxtar respublikası florasına daxil olan Papaveraceae fəsiləsi bitkilərinin coğrafi (areoloji) təhlili // NDU. “Elmi əsərlər”. Təbiət və Tibb elmləri seriyası. 2020, №3 (104). s. 61-66
  29. Naxçıvan Muxtar Respublikasında yayılan Laləkimilərin kolluq və çəmən bitkiliyində fitosenoloji xüsusiyyətləri // The X International Scientific Symposium dedicated to the 880th anniversary of Nizami Ganjavi “Science and Education: yesterday, today, tomorrow”, 23 January 2021, Stockholm, Sweden. (səh. 359-365) ISBN: 978-605-74702-0-1
  30. Quliyeva L., Salayeva Z. Biologiya müəllimliyi ixtisasında “Gövdə – onun quruluşu, forması və funksiyası” bölməsinin tədrisi // The XI International Scientific Symposium “Intercultural relations in the modern world”, 27 February 2021, Tbilisi, Georgia Elger Scientific Centre. (səh. 230-234) İSBN: 978-605-74702-1-8
  31. Biologiya fənninin tədrisində fəndaxili və fənlərarası inteqrasiyanın yaradılması // Peşə təhsili və insan kapitalı. Elmi – praktiki, metodiki jurnal. Cild 4, № 1. Bakı 2021. (səh. 85-89). ISSN 2664-4770
  32. Naxçıvan Muxtar Respublikası florasında meşə bitkiliyində yayılan Laləkimilərin (Papaveraceae Juss.) fitosenoloji xüsusiyyətləri // Naxçıvan Dövlət Universiteti. “Elmi əsərlər” Təbiət və tibb elmləri seriyası, 2021.
  33. Ümumtəhsil məktəblərinin 7-ci sinfi üçün biologiya dərsliyinin təhlili / Naxçıvan Müəllimlər İnstitutu. “Ümumi təhsildə kurikulum islahatları: nəticələr və perspektivlər – 2021”. Respublika elmi-praktik konfrans.
  34. Papaveraceae Juss. fəsiləsinə daxil olan bitkilərin sistematik icmalı və tədrisi metodikası (Naxçıvan MR materialları əsasında). Dərs vəsaiti. NMİ. Naxçıvan: “Məktəb” nəşriyyatı.
Azərbaycan dili AZ English EN