Mahmudova Nubar İlham qızı

1989-cu il 25 noyabr tarixində Naxçıvan şəhərində anadan olub, 1995-ci il 1 sentyabr tarixində A.Cəlilov adına 12 saylı orta məktəbin birinci sinfinə daxil olmuşdur. 2006-cı il həmin məktəbin tam kursunu bitirib və həmin il Naxçıvan Dövlət Universitetinin Pedaqoji fakültəsinin “İbtidai təhsilin pedaqogikası və metodikası” ixtisasına qəbul olub, 2010-cu ildə fərqlənmə ilə bitirmişdir.

02.11.2015-ci il tarixdə Naxçıvan Müəllimlər İnstitutuna laborant vəzifəsinə təyin olunub, 08.09.2017-ci il tarixdə Baş laborant vəzifəsinə keçirilmiş, 01.11.2017-ci il tarixdə isə Tədris şöbəsinin metodisti vəzifəsinə işə davam etmişdir. 14.01.2019-cu il tarixdən isə Tədris şöbəsində Dispetçer vəzifəsində işləyir.

Azərbaycan dili AZ English EN