Əlavə Təhsil və Kurikulum mərkəzi

2001-ci ildən İxtisasartırma və Yenidənhazırlanma üzrə struktur bölmə kimi fəaliyyətə başlayıb. Azərbaycan Respublikası Təhsil Nazirliyinin razılığı və İnstitut Elmi Şurasının qərarı əsasında Əlavə Təhsil Mərkəzi yaradılmışdır. Mərkəz müxtəlif istiqamətlərdə fəaliyyət göstərir, onun tərkibində Kurikulum Mərkəzi, Tədris-təşkilat kabineti və Tələbə nailiyyətlərinin qiymətləndirilməsi və kredit sistemi kabineti fəaliyyət göstərir.

Əlavə Təhsil fasiləsiz təhsilin və peşə hazırlığının tərkib hissəsi olmaqla, peşə-ixtisas təhsilinin hər hansı pilləsini bitirmək haqqında dövlət sənədi olan hər bir vətəndaşın fasiləsiz təhsil almaq imkanını təmin edir. Əlavə təhsil peşə hazırlığı səviyyəsinin yüksəldilməsi və təkmilləşdirilməsi, onların daim dəyişən və yeniləşən əmək şəraitinə uyğunlaşması, yaşlı vətəndaşların ölkənin sosial, iqtisadi və mədəni həyatında fəal və səmərəli iştirakının təmin edilməsi vəzifəsini daşıyır.

Əlavə təhsil aşağıdakı istiqamətləri əhatə edir:

  • İxtisasartırma təhsili;
  • Kadrların yenidənhazırlanma təhsili;
  • Stajkaçmə və kadrların təkmilləşdirilməsi təhsili;
  • Dərəcələrin yüksəldilməsi təhsili;

Bu istiqamətlər üzrə təhsilin məzmunu, təşkili və hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq dövlət sənədinin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 sentyabr 2010-cu il tarixli, 163 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsiulin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi” sənədi ilə tənzimlənir.

İxtisasartırma təhsilinin əsas məqsədi hər bir işçinin və ya mütəxəssisin ixtisası üzrə intellektual və peşə hazırlığı səviyyəsinin yüksəldilməsi və təkmilləşdirilməsini, daim dəyişən və yeniləşən əmək şəraitinə uyğunlaşdırılması, ölkənin sosial iqtisadi, siyasi və mədəni həyatında fəal və səmərəli iştirakını təmin etməkdir. Ixtisasartırma təhsilinin kurikulum modeli işlənmiş və ənənəvi üsullardan fərqli olaraq, təhsilin bu sahəsi yeni model əsasında həyata keçirilir.

Yenidənhazırlanma təhsili ilkin baza peşə-ixtisas təhsili almış və müəyyən əmək sahəsində çalışan hər bir vətəndaşın müvafiq sahə üzrə yeni peşə və ixtisasa yiyələnmə istəyini həyata keçirən əlavə təhsil formasıdır və kadrlara olan real tələbatın daha dinamik və çevik surətdə ödənilməsinə xidmət edir. bu təhsil forması ilkin baza təhsil proqramları ilə yenidən əldə ediləcək ixtisasın baza təhsili proqramı arasındakı fərqin bir tədris ilinə hesablanmış saatdan çox olmaması şərti ilə mütəxəssislərə verilən əlavə təhsildir. Yenidənhazırlanma təhsili üzrə proqramları tam mənimsəyən, dövlət attestasiyasından müvəffəqiyyətlə keçən hər bir dinləyiciyə vahid formalı dövlət sənədi-diplom verilir.

Stajkeçmə və kadrların təkmilləşdirilməsi elmi-pedaqoji və pedaqoji kateqoriyadan olan kadrlar üçün əlavə təhsil növüdür.

Dərəcələrin yüksəldilməsi təhsili orta ixtisas təhsili müəssisələrini bitirmiş və subbakalvr dərəcəsi almış kadrların uyğun ixtisaslar üzrə bakalavr səviyyəsinə hazırlığını nəzərdə tutan təhsil növüdür.  Dərəcələrin yüksəldilməsi təhsili ali təhsilli kadrlara olan real tələbatın daha dinamik və çevik surətdə ödənilməsinə xidmət edir və ilkin baza təhsil proqramı ilə yenidən əldə ediləcək ixtisas üzrə bakalavr təhsili proqramı arasındakı fərqin I tədris ilinə hesablanmış saatdan az və 2 tədris ilinə hesablanmış saatdan çox olmaması şərtilə subbakalavrlara verilən əlavə təhsildir.

Tədris-təşkilat kabineti fakültə və kafedralarda tədris-metodiki işlərin təşkilinə və tədris-metodik şöbənin işlərinə rəhbərlik edir. Tədris planları və proqramlarının yaradılması və təkmilləşdirilməsi üzrə bütün işləri istiqamətləndirir. Tədris-metodiki işlərlə bağlı bütün məsələlərin həllində iştirak edir.

Tələbə nailiyyətlərinin qiymətləndirilməsi və kredit sistemi kabineti tələbələrin akademik maraqlarının qorunması və müdafiəsi ni təmin edir. tədris prosesinin təşkili ilə bağlı zəruri məlumatların və sənədlərin tələbələrə təqdim edilməsi işinə rəhbərlik edir, tyutorların işlərinə nəzarət edir. onlara lazımi köməklik göstərilməsi və metodiki tövsiyyələr verir.

Tədris-təşkilat kabinetinin müdiri – İbrahimova Günel Fəxrəddin qızı;

Tələbə nailiyyətlərinin qiymətləndirilməsi və kredit sistemi kabinetinin müdiri – Rüstəmova Səminə Tofiq qızı.