Kadr və ümumi işlər bölməsi

Naxçıvan Müəllimlər İnstitutunun Kadr və ümumi işlər bölməsinin

ƏSASNAMƏSİ

  1. Ümumi müddəalar
    • Kadr və ümumi işlər bölməsi Naxçıvan  Müəllimlər İnstitutunun struktur bölməsi olmaqla vəzifə bölgüsünə əsasən kadr və ümumi işlər bölməsinin müdirinə və operativ olaraq rektora tabedir.
    • Kadr və ümumi işlər bölməsinin fəaliyyətində rəhbər tutur:
      – Azərbaycan Respublikasının Əmək Məcəlləsini;
      – Azərbaycan Respublikasının müvafiq qanunlarını;
      – Naxçıvan  Müəllimlər İnstitutunun Nizamnaməsini;
      – Hazırkı əsasnaməni.
  1. Kadr və ümumi işlər bölməsinin funksiyaları

2.1. Əmək qanunvericiliyinə, nizamnaməyə, təlimatlara və rektorun əmrlərinə müvafiq olaraq işçilərin qəbulu, köçürulməsi və işdən azad edilmələrinin vaxtında rəsmiləşdirilməsi və həyata keçirilməsi.
2.2. İşçilərin şəxsi işlərinin hazırlanması və əmək fəaliyyətilə bağlı dəyişikliklərin edilməsi.
2.3. Əmək stajının hesablanması və kadrlar üçün müəyyən edilmiş sənədlərin hazırlanması.
2.4. Əmək kitabçalarının qəbulu, saxlanılması, qeydiyyatı və işdən çıxan işçilərə təqdim edilməsi, həmçinin əmək kitabçalarında vaxtlı-vaxtında müvafiq qeydlərin (yazılar) aparılması;
2.5. Tabel uçotu. Aylıq statistika blanklarının tərtib edilməsi.
2.6 İşçilərin əmək fəaliyyətlərinə dair arayışların və xasiyyətnamələrin verilməsi.
2.7. Məzuniyyət qrafikinin hazırlanması, işçilərin istifadə etdiyi məzuniyyətlərin siyahıya alınması, təsdiq edilmiş cədvələ müvafiq olaraq növbəti və əlavə məzuniyyətlərin rəsmiləşdirilməsi.
2.8. Ezamiyyətlərin rəsmiləşdirilməsi və siyahıya alınması.
2.9. Kadrların cari vəziyyətinin analizi.
2.10. Kadrlarla iş sahəsində ölkədaxili və beynəlxalq təcrübəni öyrənmək, ümumiləşdirmək və tətbiq etmək;
2.11. Kargüzarlıqla əlaqədar sənədləşmə işlərinin icrasına nəzarət.
2.12. Vətəndaşların ərizələri və poçt xidməti ilə daxil olan məktubların qeydiyyatdan keçirilərək rektorun dərkənarı əsasında təqdim olunması.
2.13. Məktubların hazırlanması, nümunəvi blanklarda çıxarılıb qeydiyyatdan keçirilməsi və  poçtla göndərilməsi.
2.14. İnstitut üzrə  tələbə tərkibinə dair əmrlərin rəhbərliyin imzasından sonra bölmədə qeydiyyatdan keçirilərək aidiyyatı strukturlara paylanılması .
2.15. Tələbə tərkibinə aid arayışların qeydiyyatdan keçirilməsi və möhürlənməsi.
2.16. Müəyyən olunmuş müddət bitdikdən sonra sənədlərin arxivə təhvil verilməsi üçün hazırlanması.
2.17. Bölmənin işçiləri əməkdaşların işgüzar keyfiyyətlərini qiymətləndirdikləri zaman yalnız rəsmi alınmış məlumat və materiallara əsaslanmalıdırlar.

  1. Qarşılıqlı Əlaqələr (Xidməti Münasibətlər)

3.1. Kadr və ümumi işlər bölməsi öz funksiyalarını və hüquqlarını həyata keçirmək üçün qarşılıqlı əlaqələrdədir:
3.2. Təşkilatın bütün struktur bölmələrindən alır:
– Əmrlərin hazırlanması üçün verilən təqdimatları;
– Məzuniyyət cədvəlinin tərtibi haqqında təklifləri;
– İşçilərin əmək qabiliyyəti olmamaq vərəqələrini;
3.3. İnstitutun müvafiq struktur bölmələrinə təqdim edir:
– İşçilərin işə qəbul, işdən azad olunma, başqa vəzifəyə keçirilmə əmrlərinin surətlərini.
– Şöbələrə aidiyyatı olan, təsdiq edilmiş məzuniyyət cədvəlini;
– Tələbə tərkibinə dair əmrlərin surətlərini.

  1. Bölmənin məsuliyyəti

4.1. Mövcud Əsasnamədə nəzərdə tutulmuş bölmənin funksiyalarının vaxtında yerinə yetirilməsinə görə tam məsuliyyət Kadr və ümumi işlər bölməsinin müdirinin üzərinə düşür.
4.2. Kadr və ümumi işlər bölməsinin müdiri aşağıda göstərilənlərə görə şəxsi məsuliyyət daşıyır:
– bölmə üzərinə düşən tapşırıq və funksiyaların yerinə yetirilməsi üzrə bölmənin fəaliyyətinin təşkili;
– Bölmədə sənədlərin operativ, keyfiyyətli hazırlanması və yerinə yetirilməsi, qüvvədə olan qayda və təlimatlara uyğun müvafiq kargüzarlıq işinin aparılmasının təşkili;
– Bölmə əməkdaşları tərəfindən əmək intizamı qaydalarına riayət edilməsi;
– Bölmədə olan əmlakın qorunmasının təmini və yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi.

Bölmənin əməkdaşları:

  1. Abdullayeva Tünzalə Qəşəm qızı – kadr və ümumi işlər bölməsinin müdiri
  2. Quliyeva Mətanət Hüseyn qızı– kadr üzrə mütəxəssis
  3. Babayeva Minəvvər Şükür qızı – arxivçi