Kəmalə İbrahim qızı İbrahimova

Baş müəllim

e-mail: kibrahimova@yahoo.com

1962-ci ildə Naxçıvan MR Şərur rayonunun Düdəngə kəndində anadan olmuşdur. 1979-cu ildə Naxçıvan şəhər 6 N-li orta məktəbini əla qiymətlərlə bitirmişdir. 1979-cu ildə Ç.İldırım adına Azərbaycan Politexnik institutunun “Avtomatika və hesablama texnikasi” fakültəsinə daxil olmuşdur. 1984-cü ildə həmin institutu “Elektron hesablama maşınları” ixtisası üzrə bitirmişdir.

1984-89-cu illərdə Naxçıvan MR Statistika Komitəsində mühəndis vəzifəsində işləmişdir. 1989-2010-cu illərdə Naxçıvan şəhər 4 N-li orta məktəbdə müəllimə işləmişdir. 2010-cu ildən Naxçıvan Müəllimlər İnstitutunun “Ali riyaziyyat və informatika” kafedrasında müəllimə işləyir.

Dərc olunmuş elmi əsərləri

  1. Müasir dövrdə təhsildə İKT-dən istifadənin zəruriliyi. Məqalə. NMİ-nin Xəbərləri, 2014 N:2
  2. Model, riyazi modelləşdirmə və kompüter-riyazi modelləşdirmənin xüsusiyyətləri. Məqalə NDU-nun xəbərləri, 2014 N:4(60)
  3. Naqilsiz kompüter şəbəkələri və onların mühüm xüsusiyyətləri. Məqalə NMİ. Xəbərləri № 1, 2015
  4. Yeni təlim metodlarının təhsildə tətbiqinin əhəmiyyəti. Tezis. NMİ. Konfrans. 24.04.2015
  5. İnternet öyrənənlərin motivasiyasının üzə çıxarılması və dəyişməsi vasitəsi kimi. Məqalə. NMİ. Xəbərlər 2016
  6. İnteraktiv təlim və yüksək keyfiyyət. Tezis. NMİ kurikulum konfransı 2016
  7. Ekonometrik məsələlər və onların riyazi həlli. Məqalə NDU Xəbərlər, № 5 (79) 2016
  8. “Həyat bilgisi” fənninin tədrisində müasir təlim texnologiyalarının tətbiqi. (Məqalə) Naxçıvan Müəllimlər İnstitutunun “Xəbərlər”i, CİLD: 13 № 1, 2017,
  9. Müasir dövrdə H. Əliyevin informasiya texnologiyaları sahəsində ideyaları. (Tezis) Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 94-cü il dönümünə həsr olunmuş “Təhsildə pedaqoji yanaşmalar: keçmişin təcrübəsi və gələcəyə baxış” mövzusunda keçirilmiş Ümumrespublika elmi-praktik konfransının materiallarında (4-5 may 2017). “Bakı Universiteti” nəşriyyatı.
  10. “Kruskal alqoritmi” Naxçıvan Müəllimlər İnstitutu Elmi əsərlər 2019
  11. “Perl”dilində proqramlaşdırmanın özəllikləri. NMİ. Elmi əsərlər 2019
  12. “Milli mənəvi dəyərlərimiz-milli varlığımızın atributu kimi”, “Naxçıvan Müəllimlər İnstitutu Elmi əsərlər” №1, 2021.
Azərbaycan dili AZ English EN