Hüseynova Səriyyə Yaşar qızı

Müəllim

e-mail: seriyye78@mail.ru

Hüseynova Səriyyə Yaşar qızı 1978-ci il 2 iyunda Naxçıvan şəhərində anadan olmuşdur. 1985-1993-cü ilədək Cəmşid Naxçıvanski adına 11 №li  tam orta məktəbdə təhsil almışdır.

1993-1997-ci ilədək Bakı şəhər Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumun “Təsviri sənət və rəsmxəttin tədrisi” şöbəsinə daxil olmuş və “Təsviri incəsənət” ixtisası üzrə bitirmişdir.

1997-2002-ci illərdə Naxçıvan Dövlət Üniversitetinin “İbtidai təhsilin pedaqogikası  və metodikası” ixtisası üzrə təhsil almışdır.

1998-2010-cu  ilədək Naxçıvan şəhər Cəmşid Naxçıvaniski adına  11№li tam orta məktəbdə ixtisası üzrə  “Təsviri-incəsənət” müəllimi  vəzifəsinə təyin olunmuş və ixtisası üzrə çalışmışdır.

2008-ci ildən Naxçıvan Müəllimlər İnstitutunun “Humanitar və təsviri incəsənət”  kafedrasında müəllim vəzifəsində çalışır.

2010-cu ildən A.Cəlilov  adına 12 №li  tam orta məktəbə həmin  ixtisas üzrə  dəyişdirilmiş və haliyədə də həmin məktəbdə müəllim vəzifəsində çalışır.

2012-ci ildə “Yeni Azərbaycan Partiyası”nın YAP Naxçıvan şəhər təşkilatına  üzv seçilmişdir.

2014-cü ildə Naxçıvan Muxtar Respublikası “Rəssamlar Birliyinə” üzv seçilmişdir.

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədrinin 2015-ci il 03 noyabr tarixli 327-04/S nomrəli Sərəncamı ilə “Rəşadətli əməyə görə” nişanı ilə təltif olunmuşdur.

2013-2016-ci  illərdə  Naxçıvan Müəllimlər İnstitutunun  “İbtidai sinif müəllimliyi” ixtisas üzrə daxil olmuş və “İbtidai sinifdə tədrisin metodika və metedologiyası” ixtisası üzrə magistr elmi-ixtisası dərəcəsi verilmişdir.

2017-ci ildən Naxçıvan Dövlət Universitetinin aspirantıdır. Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Şagirdlərin estetik tərbiyəsində təsviri incəsənət məşğələlərindən istifadə imkanı və  yolları” dissertasiya işi üzərində çalışır.

Naxçıvan Muxtar Respublikasının hüdudlarında  bir çox sərgilərdə iştirak etmişdir.

 

Elmi əsərlərinin, sərgilərinin  siyahısı:

  1. 04 mart 2014-cü il tarixində Naxçıvan Muxtar Respublikasının 90 illiyinə həsr olunmuş  “Qadınların nağıl dünyası” Adlı sərgidə iştirak etmişdir.
  2. 20 mart 2014-cü il tarixində Novruz bayramına həsr olunmuş sərgidə iştirak etmişdir.
  3. 07 may 2015-ci il tarixində Ümumilli lider Heydər Əliyevin 92-ci ildönümünə həsr olunmuş sərgidə iştirak etmişdir.
  4. 02 iyun 2015-ci il tarixində “Naxçıvanın  inkişafının 20 ili” mövzusunda keçirilən sərgidə iştirak etmişdir.
  5. 04.2017-ci il tarixdə Naxçıvan şəhər A.Cəlilov adına  12 № tam orta məktəbdə  Naxçıvan MR Təhsil Naziri Qəribov  Məhəmməd  Abdulla oğlunun iştirakı ilə fərdi sərgisi keçirilmişdir.
  6. Naxçıvan  Muxtar Respublikasının 90 illiyi ilə əlaqədar istedadlı  qadın və qızlar arasında “Naxçıvan Muxtar Respublikası 90” mövzusunda rəsm və əl işlərindən ibarət sərgi- satışı  keçirilmişdir.Naxçıvan şəhərindəki Gənclər Mərkəzi, 16.10.2014.
  7. 8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə  Naxçıvan Dövlət Musiqili Dram Teatrında  tədbir   keçirilmişdir. Naxçıvan Dövlət Musiqli Dram Teatrın  foyesində  sərgi keçirilmişdir, 7.03.2014.
  8. 8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə  Naxçıvan Dövlət Musiqili Dram Teatrında tədbir   keçirilmişdir. Naxçıvan Dövlət Musiqli Dram Teatrın  foyesində  sərgi keçirilmişdir. 7.03.2015.
  9. “Naxçıvanqala” Tarix –Memarlıq Muzey Kompleksində keçirilən xalq yaradıcılığı sərgisində istedadlı qadınların   tikmə və  dekorativ tabloları, mis üzərində döymə, dekorativ, tikmə,  toxuma əl işləri sərgilənmişdir, 2015.
  10. 8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə Naxçıvan Dövlət Musiqili Dram Teatrında tədbir   keçirilmişdir. Naxçıvan Dövlət Musiqli Dram Teatrın  foyesində  sərgi keçirilmişdir. 7.03.2016.
  11. Sağlamlıq imkanları məhdud şəxslərin və istedadlı qadınların rəsm və əl işlərindən ibarət  sərgi-satışı təşkil edilmişdir. Heydər Əliyev Sarayı, 28.09.2016- 8.10.2016.
  12. 5-6 may tarixlərində  “Naxçıvanqala” Tarix-Memarlıq  Muzey Kompleksində ümumilli  lider Heydər Əliyevin  anadan olmasının 93-cü  il dönümünə  həsr olunmuş “Yaradıcı əllər” (əl işləri, milli yemək,  şirniyyat, şərbət) festivalı keçirilmişdir, 05-06.05.2016.
  13. 8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə Naxçıvan Dövlət Musiqili Dram Teatrında tədbir   keçirilmişdir. Naxçıvan Dövlət Musiqli Dram Teatrın  foyesində  sərgi keçirilmişdir, 07.03.2017.
  14. Sağlamlıq imkanları məhdud şəxslərin və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satışı təşkil edilmişdir. Heydər Əliyev Sarayı,  09.2017-09.10.2017.
Azərbaycan dili AZ English EN