Elmi-praktik konfrans: “Tələbələrin elmi-tədqiqat fəaliyyətinin təşkilinin aktual problemləri”

Naxçıvan Müəllimlər İnstitutunda “Elm aylığı” çərçivəsində 6 mart 2019-cu il tarixdə “Tələbələrin elmi-tədqiqat fəaliyyətinin təşkilinin aktual problemləri” mövzusunda elmi-praktik konfrans keçiriləcəkdir.

Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 9 aprel 2018-ci il tarixli Sərəncamı ilə hər il martın 27-si Azərbaycan Respublikasında “Elm günü”nün qeyd edilməsi qərara alınmışdır. Bu münasibətlə 2019-cu ilin mart ayında Naxçıvan Müəllimlər İnstitutunda bir sıra elmi və elmi-təşkilati tədbirlərin keçirilməsi planlaşdırılır. Bu planda “Tələbələrin elmi-tədqiqat fəaliyyətinin təşkilinin aktual problemləri” mövzusunda elmi-praktik konfransın keçirilməsi də nəzərdə tutulmuşdur. Konfransın başlıca məqsədi ali təhsil müəssisələrində təhsilalanların elmi  tədqiqatlarda  və yaradıcılıqda  real iştirakının təmin edilməsi və innovasiya fəaliyyətinə motivasiya edilməsi yollarının araşdırılması, tələbələrin müasir dövrdə elmi tədqiqatın əsasları, elmi metod və metodologiyalarla tanış edilməsi, onlara elmi ədəbiyyatla işləmək qaydalarının əsaslarının öyrədilməsi və onlarda elmi, yaradıcılıq və tədqiqatçılıq vərdişlərinin aşılanması məsələlərinin elmi müzakirəsini keçirməkdir. Konfransin plenar iclasında Naxçıvan Müəllimlər İnstitutun tədqiqatçı müəllimlərin və  Tələbə Elmi Cəmiyyəti xətti ilə elmi-tədqiqat fəaliyyəti ilə məşğul olan təcrübəli tələbələrin məruzə və məlumatları dinləniləcək, bölmə iclaslarında dəyirmi masa ətrafında elmi rəhbərlərlə tədqiqatçı tələbələrin əməli müzakirələri təşkil ediləcək, məsləhət saatlarında görüşləri keçiriləcəkdir.

Naxçıvan Müəllimlər İnstitutunda, habelə muxtar respublikada fəaliyyət göstərən digər ali təhsil müəssisələrində təhsilalanların elmi  tədqiqat fəaliyyətinin təşkili ilə məşğul olanlar, Tələbə Elmi Cəmiyyəti xətti ilə elmi-tədqiqat işi yerinə yetirən  tələbə və magistrantlar, gənc alimlər, ümimiyyətlə böyük elmə aparan yola çıxan və çıxmaq istəyənlər konfransın işində iştirak etməyə dəvət olunurlar.

Elmi-praktik konfrans 6 mart 2019-cu il tarixdə saat 1100 Naxçıvan Müəllimlər İnstitutunun Böyük  iclas zalında öz işinə başlayacaqdır.

 

REKTORLUQ

 

 

Azərbaycan dili AZ English EN