Pedaqogika və psixologiya kafedrasının baş müəllimi
1981-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1998-ci ildə NDU-nin “Təbiətşünaslıq” fakültəsinin “Kimya” ixtisası-na qəbul olmuş, 2002-ci ildə həmin ixtisası bitirib NDU-da magistraturanın “Ümumi psixologiya” ixtisasına qəbul olunmuşdur. 2004-cü ildə bu ixtisası bitirmişdir. 2004-cü ildən Naxçıvan Müəllimlər İnstitutunda işləyir. 2006-cı ildən NDU-nun dissertantıdır.
Dərc olunmuş elmi əsərlər
- Məktəb psixoloqunun müəllim və valideynlərlə qarşılıqlı fəaliyyəti. NMİ, elmi – praktik konfransın materialları 2006
- Məktəbə psixoloji xidmətin bəzi xüsusiyyətləri. Aspirantların və gənc tədqiqatçıların XI respublika elmi konfransının materialları konfransın materialları (26-27 may) 2006
- Kiçik yaşlı məktəblilərlə psixoloji xidmət işinin təşkili. NMİ, elmi – praktik konfransın materialları (may) 2007
- Məktəb qorxusu və onun aradan qaldırılması yolları. NDU, aspirantların və dissertantların elmi konfransı 2010
- Yeniyetmə və gənclərin peşə seçimi. NMİ elmi- praktik konfransın materialları 2011