Çapay Qadir oğlu Quliyev

İxtisasartırma və yenidənhazırlanma üzrə prorektor

18 aprel 1981-ci ildə Naxçıvan Muxtar Respublikası Babək rayonu Nehrəm kəndində anadan olub

1986-1997-ci illərdə Nehrəm kənd Səməd İsmayılov adına tam orta məkətəbində təhsil almış həmin məktəbi fərqlənmə attestatı ilə bitirmişdir

1997-2001-ci illərdə Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq və tibb fakültəsinin Biologiya ixtisasında oxumuş həmin ixtisası fərqlənmə diplomu ilə bitirmişdir

2001-2003-cü illərdə Naxçıvan Dövlət Universitetinin Psixologiya ixtisası üzrə magistrantı olmuş həmin ixtisası fərqlənmə diplomu ilə bitirmişdir

2005-ci ildə Naxçıvan Dövlət Universitetinin (Pedaqoji psixologiya-6104.01) dissertantı olmuş 2018-ci ildə müdafiə etmiş, Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Kommissiyasının 29 yanvar 2020-ci il tarixli qərarı ilə (6104.01-Pedaqoji psixologiya) ixtisasında psixologiya elm sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir

2001-ci ildən Naxçıvan Müəllimlər İnstitutunun “Pedaqogika və psixologiya” kafedrasının əməkdaşıdır. 2001-2003-cü illərdə laborant, baş laborant, 2004-cü ildə müəllim, 2011-ci ildən isə həmin kafedranın baş müəllimidir

2003-2004-cü illərdə müddətli həqiqi hərbi xidmətdə olmuşdur

2004-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür

2018-ci ildən Naxçıvan Müəllimlər İnstitutunun Elmi əsərlər jurnalının Psixologiya bölməsi üzrə redaksiya heyyətinin üzvüdür.

2019-2020-ci illər ərzində Naxçıvan Müəllimlər İnstitutunun Təbiət və incəsənət fakültəsinin dekan müavini vəzifəsində çalışmışdır.

2020-ci ildən isə Naxçıvan Müəllimlər İnstitutunun İxtisasartırma və yenidənhazırlanma üzrə prorektorudur.

Elmi əsərlərindən nümunələr:

  1. Sosial məsələlər və şəxsiyyətin istiqamətləndirilməsi// Naxçıvan Dövlət Universitetinin elmi əsərləri, Naxçıvan: Qeyrət, 2004, № 14, s. 44-46.
  2. “Məktəbi-tərbiyə”nin ədəb qaydaları –milli davranış qaydalarımızın nümunəsə kimi / İctimai-siyasi, ədəbi-bədii, elmi-publisistik jurnal. Naxçıvan: Əcəmi, 2004, s.157-169.
  3. Milli mənlik şüurunun struktur komponentləri // Naxçıvan Müəllimlər İnstitutunun elmi əsərləri, Naxçıvan: Məktəb, 2011, № 3 (27), s.8-13.
  4. Novruz bayramı milli dəyərlər kimi // Naxçıvan Müəllimlər İnstitutunun elmi əsərləri, Naxçıvan: Məktəb, 2012, cild: 8 № 2, s.24-26.
  5. Emosional mühit amili və yeniyetmələrin mənlik və milli mənlik şüurunun təşəkkülündə rolu // Pdaqoji Universitet Xəbərləri, Bakı: ADPU, 2015, №3, s. 408-411.
  6. Нацгщнальное самосознание и факторы, обуславливающие его развитие // Полтавський националный педагогичный универститет имени В.Г.Кореленка. Науковий журнал Киев-Полтава: № 2 (8) частина 2 2015, с. 280-291.
  7. Milli mənlik şüurunun psixoloji əsasları // Naxçıvan Müəllimlər İnstitutunun elmi əsərləri, Naxçıvan: Məktəb, 2015, Cild: 11 № 1, s. 18-22.
  8. Milli mənlik şüurunun meyarı olan ağılın pedaqoji-psixoloji əsasları // Bakı Dövlət Universiteti, Dil və Ədəbiyyat Beynəlxalq elmi nəzəri jurnal, Bakı: Ləman nəşr-poliqr, 2015, s. 390.
  9. Müasir dövrdə milli mənlik şüurunun inkişaf xüsusiyyətlərini şərtləndirən cəhətlər və pedaqoji prosesdə onların nəzərə alınması // Psixologiya jurnalı, Bakı: “Təhsil” nəşriyyatının mətbəəsi, 2015, s. 83.
  10. Milli mənlik şüurunun formalaşdırılması yeniyetmə şəxsiyyətinin sosiallaşmasınlın əsas amillərindən biri kimi // Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun elmi əsərləri, Bakı: Mütərcim, 2016, Cild 83, № 1, s. 191-196.
  11. Yeniyetməlik dövrünün psixoloji xüsusiyyətləri və milli mənlik şüurunun təşəkkülündə onların mövqeyi // Azərbaycan Dillər Univer-sitetinin elmi xəbərləri, Bakı: Mütərcim, 2016, №2, s. 315-320.
  12. Təhsilin sosiallaşması və onun şagirdlərin milli mənlik şüurunun formalaşmasına təsiri // Naxçıvan Dövlət Universiteti elmi əsərləri, Naxçıvan: Qeyrət, 2016,  №6 (74), s.84-87.
  13. Milli mənlik şüurunun formalaşmasında azərbaycançılıq ideyasının rolu və əhəmiyyəti // Bakı Qızlar Universiteti elmi əsərləri, Bakı: BQU-nun mətbəəsi, 2016, №1, s.71-77.
  14. Milli mənlik şüurunun pedaqoji və psixoloji əsaslarının düzgün müəyyənləşdirilməsini şərtləndirən cəhətlər // Naxçıvan Dövlət Universiteti elmi əsərlər, Naxçıvan: Qeyrət, 2016, №4 (78), s. 125-130.
  15. 15. Yeniyetmələrin milli mənlik şüurunun formalaşmasında təlabat və maraqların nəzərə alınması imkanları // Naxçıvan Dövlət Universiteti Elmi əsərlər, Naxçıvan: Qeyrət, 2018, №1 (90) s. 23-28.
  16. Qorxu hissinə fəlsəfi, tibbi, psixoloji, dini və bədii yanaşma // Naxçıvan Dövlət Universiteti Elmi əsərlər, Naxçıvan: Qeyrət, 2018
  17. Ümid və inamın mahiyyətinə fəlsəfi, bədii, tibbi və psixoloji yanaşma // Naxçıvan Müəllimlər İnstitutunun Elmi Əsərləri, Naxçıvan: Məktəb, 2019